Premyer-liqa
Yubileylərlə dolu Azərbaycan derbisi
Topaz Premyer Liqasının 31-ci turunun “Qarabağ” –…
Topaz Premyer Liqasının 31-ci turunun “Qarabağ” – “Neftçi” oyunu yubileylərlə zəngin olub. Futbolinfo.az xəbər verir ki, meydan sahiblərinə 3:2 hesablı qələbə qazandıran Leroy Corcun matçda vurulan son qolu mövsümdə 300-cü olub. Arxada qalan 31 turun 123 oyununda orta məhsuldarlıq 2,44-ə bərabərdi.
Hollandiyalı həm də “Qarabağ”da 20-ci qolunu vurub. O, buna 80 matçda nail olub. Leroy çempionatda 16, avrokuboklarda 4 dəfə fərqlənib.
Onun komanda yoldaşı Muarem Muarem də klubunda 20-ci qola sevinib. Buna 122-ci matçda imza atan makedoniyalı çempionatda 17, kubokda 1, avrokuboklarda 2 dəfə rəqib qapısına yol tapıb. “Qarabağ”ın iki futbolçusu isə yubiley matçında iştirak edib. Namiq Yusifov Premyer Liqada 250-ci oyununu keçirib. Bu müddətdə 3 qol vuran futbolçu həmin matçların 209-na (1 qol) “Qarabağ”ın formasında çıxıb. Ölkə çempionatındakı matç sayını 100-ə çatdıran Bədavi Hüseynov isə 73 oyunu indiki klubunda keçirib.
“Neftçi”nin futbolçusu Karlos Kardoso Premyer Liqada 50-ci matçına çıxıb. Qırmızı vərəqə alan braziliyalı “Neftçi” formasında da 50-yə çatdığından yubiley cənubi amerikalı üçün ikiqat xarakteri daşıyıb. O, bu görüşlərdə 4 qol da vurub.
(pfl.az)
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”