Premyer-liqa
"Xəzər Lənkəran"ı Yunis Hüseynova görə cəzalandırdılar
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasın 33-cü-cu turunun oyunları ilə bağlı cəzaları açıqlanıb.
“Sumqayıt” – “Qəbələ” matçının 83-cü dəqiqəsində qonaq komandanın futbolçusu Ruslan Tağızadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klubu 200 manat cərimə olunub.
“İnter” – “Neftçi” matçının 65-ci dəqiqəsində ev sahibi komandanın qapıçısı Səlahət Ağayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klubuna 200 manat məbləğində cərimə kəsilib. Həmin oyunun 90-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Mirhüseyn Seyidov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalandırılıb, klubu 2000 manat cərimələnib.
“Xəzər Lənkəran” – “Qarabağ” matçında ev sahibi komandanın baş məşqçisi Yunis Hüseynov oyundan sonra mətbuat konfransında iştirak etmədiyinə görə, klub 1000 manat cərimə olunub.
“Bakı” – AZAL matçının 73-cü dəqiqəsində ev sahibi komandanın futbolçusu Vüqar Bəybalayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb, klub 200 manat cərimə olunub. Həmin oyunun 90+2-ci dəqiqəsində “Bakı”nın futbolçusu Mahir Mədətov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalandırılıb, klub 2000 manat cərimə olunub.
(pfl.az)