Dünya futbolu
Ramos üçün mövsüm bitdi
"Real"ın müdafiəçisi Serxio Ramos mövs&uu…
"Real"ın müdafiəçisi Serxio Ramos mövsümün geridə qalan iki matçında komandasına kömək edə bilməyəcək. Futbolinfo.az xəbər verir ki, vitse-kapitan La Liqanın 37 və 38-ci turlarında müvafiq olaraq, "Espanyol" və "Xetafe"yə qarşı forma geyməyəcək.
AS qəzetinin yazdığına görə, ispan futbolçu "Yuventus"la Çempionlar Liqasının yarımfinalında cavab görüşündə baldırından zədə alıb. Buna baxmayaraq, Ramos matçın sonuna qədər meydanda qalmışdı.