Premyer-liqa
Anar Nəzirov: Buraxılan qollar təkcə mənim səhvimdən olmadı
Topaz Premyer Liqasının 10-cu turunda evdə "Qaarabağ"la …
Topaz Premyer Liqasının 10-cu turunda evdə "Qaarabağ"la qarşılaşan "Sumqayıt" qapısndan üç cavabsız qol keçirərək məğlub oldu. Bir çoxları buraxılan qollarda qapıçı Anar Nəzirovu günahlandırsa da, müdafiədə boşluqların olması da öz təsirini göstərib.
Nəzirov oyundan sonra futbolinfo.az saytına məğlubiyyəti belə şərh edib: "Qol buraxmışıqsa, deməli səhv var. Amma kim deyir ki, üç qolun hamısında mənim səhvim olub, düz danışmır. Axı təkbətəkdə qapıçının nə səhvi ola bilər? Düzdü, buraxılan qolda qapıçının da səhvi olur. Amma bu oyunda müdafiədə böyük boşluqlara yol verdik. Həm də meydança yaxşı vəziyyətdə deyildi. Biz burda həm məşq edirik, həm oynayırıq. Bir də ki, "Qarabağ" güclü komandadı. Gələcək oyunlarda toparlanmağa çalışacağıq”.