Ölkə futbolu
"Qarabağ" Avstriyaya yollandı
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qar…
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, heyətinə yeni futbolçular qatan Ağdam təmsilçisi təlim-məşq toplanışı üçün bu gün Avstriyaya yollanıb.
Əldə etdiyimiz məlumata görə, "atlılar" adıçəkilən ölkədə 3 yoxlama matçı keçirməyi nəzərdə tutub. Sınqaçı rəqiblərin adları isə hələlik açıqlanmayıb.
Qeyd edək ki, toplanışın müddəti Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin püşkatmasından asılı olacaq. Belə ki, iyunun 22-də keçiriləcək püşkatmanın nəticəsinə görə "Qarabağ" ilk oyununu səfərdə keçirməli olsa, komanda Avstriyadan birbaşa matçın keçiriləcəyi şəhərə üz tutmalı olacaq. Əks təqdirdə isə, Qurban Qurbanovun komandası vətənə qayıdacaq.