Dünya futbolu
Çex qərarını verdi: Londonda qalır
Londonun "Çelsi"sinin təcrübəli qapıç?…
Londonun "Çelsi"sinin təcrübəli qapıçısı Petr Çex karyerasını eyni şəhərdə, lakin başqa komandada davam etdirəcək. Futbolinfo.az xəbər verir ki, Avropanın bir neçə klubundan təklif alan çexiyalı nəhayət ki, qərarını verib və "Arsenal"ı seçib.
İngiltərə mətbuatının yazdığına görə, 33 yaşlı qolkiper “toplçular”la ilkin razılıq əldə edib. “Arsenal” bu keçid üçün qarşı tərəfə 10 milyon funt-sterlinq təklif edib.
Qeyd edək ki, 2004-cü ildən "Çelsi"nin şərəfini qoruy çexiyalı qolkiper əsas heyətdəki yerini itirdiyindən komandanı tərk etmək istəyir.