Dünya futbolu
FİFA prezidentliyinə afrikalı namizəd
Liberiya Futbol Assosiasiyasının prezidenti Mussa Biliti FİFA prezi…
Liberiya Futbol Assosiasiyasının prezidenti Mussa Biliti FİFA prezidentliyinə namizədliyini irəli sürəcək. Futbolinfo.az xəbər verir ki, 48 yaşlı funksioner növbədənkənar seçkilərdə Afrikanın da təmsil olunmasının vacibliyini vurğulayıb.
Biliti təmsil etdiyi qitənin həcmini və futbol dünyasındakı nüfuzunu əsas gətirərək, bu qərarı verdiyini dilə gətirib.
Qeyd edək ki, 2010-cu ildən Liberiya Futbol Assosiasiyasına rəhbərlik edən Biliti "Fənərbaxça"nın sabiq baş məşqçisi Arturo Zikodan sonra 2-ci şəxsdi ki, FİFA prezidentliyinə iddiasını irəli sürüb.