Ölkə futbolu
"Kəpəz" çempionu məğlub etdi
Həftəsonu startı veriləcək çempionata səylə hazırlaşan…
Həftəsonu startı veriləcək çempionata səylə hazırlaşan “Kəpəz” avqustun 3-də yoxlama oyunu keçirib. Futbolinfo.az xəbər verir ki, Gəncə klubu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda I divizionun son qalibi “Neftçala” ilə üz-üzə gəlib.
FİFA referisi Əliyar Ağayevin idarə etdiyi oyun saat 19:30-da başlayıb. Oyunu üstün keçirən Şahin Diniyevin komandası bunu hesabda da əks etdirib. Gəncəlilər hər hissədə bir qol vuraraq, 2:0 hesabı ilə qalib gəlib.
İlk yarıda Azad Kərimov fərqlənib. İkinci hissədə “Kəpəz”in digər yeni transferi olan ukraynalı hücumçu Oleksandr Sytnik dəqiq zərbə ilə diqqət çəkib.
Qeyd edək ki, 1-ci divizion çempionu “Neftçala”ya qarşı oyun "sarı-göylər"in mövsüm öncəsi son hazırlıq matçı olub.
(Klubun mətbuat xidməti)