Ölkə futbolu
Tenderin vaxtı başa çatdı: Yalnız 1 müraciət var
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Peşəkar Futbol…
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Peşəkar Futbol Liqasının Premyer Liqa oyunlarının televiziya vasitəsilə yayımı ilə bağlı 20 iyul 20015-ci il tarixində elan etdiyi tenderə sənədlərin son təqdim olunma müddəti ötən gün – avqustun 3-də, saat 18:00-da başa çatıb. Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytından məlumat yayılıb.
Mənbədə bildirilir ki, tenderdə iştirak etmək üçün yalnız bir televiziya kanalı müraciət edib. Tenderin yekun qərarı barədə yaxın günlərdə rəsmi məlumat veriləcək.
Tenderin şərtləri aşağıda qeyd olunub:
– Premyer Liqanın hər tur minimum 2 oyun canlı yayımlansın
– Oyunları yayımlayacaq televiziya kanalında mövsümü əhatə edən həftəlik futbol verilişi hazırlansın
– AFFA-nın təşkil etdiyi liqaların hər həftə minimum 1 oyunu canlı və ya videoyazı şəklində yayımlansın

Tenderin məbləği 1 (bir) milyon manatdı. Bu vəsait Premyer Liqa klubları arasında bərabər şəkildə bölünəcək.
Tenderin qalibi oyunların görüntülərini yaymaq, satmaq, hər hansı digər yayımçıya vermək səlahiyyətinə malik olacaq.
Tenderin qalibi üçün stadionda reklam bannerləri üçün yer ayrılacaq.
Oyunların vaxtı 10 gün əvvəlcədən PFL və televiziya kanalı tərəfindən birgə müəyyənləşdiriləcək.

- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”