Bizi izləyin

Premyer-liqa

Biabırçılıq: “Uruscax” futbol

Əndrabadi Azərbaycan Premyer Liqasının iştirakçılarının…

blank
Əndrabadi Azərbaycan Premyer Liqasının iştirakçılarının 30 faizi qeyri-qanuni yolla toplandıqdan sonra növbəti məzhəkənin tezliklə baş verəcəyi gün kimi aydın idi. Olmayan futbolumuzun teleyayımı üçün AFFA-nın verdiyi qərar daha çox 1 aprel zarafatına bənzədi. Axı, mövsüm ərzində tribunalara 1 milyon tamaşaçı toplaya bilməyən çempionata 1 milyon manat qiymət qoyulmasına başqa ad vermək olmurdu.
Bir sıra telejurnalistlə söhbətimizdə də bu məsələyə aydınlıq gətirmişdik. Almaniya Bundesliqasının teleyayımı üçün 40 min avro tələb olunduğu halda, Azərbaycan Premyer Liqasının yayım hüququnun bundan 25 dəfə (!) baha olması acı təbəssüm doğururdu.
Bu gün AFFA-nın rəsmi saytında yayım hüququnun satılması barədə məlumat yerləşdirilib. Premyer Liqa oyunlarının hansı kanala satılması barədə məlumat verməzdən öncə dəyərinə diqqətinizi yönəltmək istəyirik – 700 min manat! Fantastıka!
Ancaq yayım hüququnu əldə edən kanalın CBC olması hər şeyə aydınlıq gətirir. Faktiki olaraq, həmin 700 min sağ cibdən sol cibə köçürülüb. Bu səbəbdən də Azərbaycan Premyer Liqasının yayım qiymətinin 700 min deyil, “0” olduğunu söyləyə bilərik.
Daha bir məqam, özü də ən vacibi, oyunların şərhi ilə bağlıdı. CBC beynəlxalq peyk kanalı olduğuna və xarici dillərdə yayımlandığına görə ilk aylarda oyunların şərhləri rusca olacaq. Gözünüz aydın, gözümüz aydın! Dövlət dilimizdə yayımlanan telekanallara sırıya bilmədikləri keyfiyyətsiz məhsulu sağ əllə sol qulağı tutmaq üslubundan istifadə edərək, guya tender keçirib, satdılar.
Acınacaqlı vəziyyət burasındadı ki, Azərbaycan Premyer Liqasının oyunları futbolsevərlərə rusca – bəzi assosiasiya məsullarının doğma dilində yedirdiləcək. Peyk vasitəsi ilə yayımlanan CBC kanalını Azərbaycan əhalisinin neçə faizinin izlədiyini deyə bilmərik. Ancaq rusca təqdim olunacaq çempionatın ölkə əhalisinin neçə faizinin izləyəcəyi ilk rəqəmi dəqiq göstərə bilərik – 0,…
Bu cür qərarın böyük fəsadlara səbəb olacağı gün kimi aydındı. Ölkədəki təhsilin günü-gündən aşağı düşdüyü bir məmləkətdə rusdilli əhalinin azalması sirr deyil. Həmin əhalinin neçə faizinin futbol fanatı olması rəqəmlərin daha da aşağı düşməsini şərtləndirir. Nəhayət, rusdilli futbol azarkeşlərinin Azərbaycan çempionatına nə dərəcədə maraq göstərdiyini də nəzərə aldıqda, CBC-in Premyer Liqamızı yayınladığı vaxt, ümumiyyətlə 1 tamaşaçının qalmayacağını söyləyə bilərik. Hələ CBC-ə qoşulmaq kimi problemi qoyuruq bir kənara.
Bir neçə kəlmə də məsələnin mənəvi dəyərləri barədə. Dövlət dilində çempionatın yayımlanmaması sadəcə, rüsvayçılıqdı. Nədi-nədi, de-fakto, AFFA hər kluba bu əndrabadi yayıma görə 70 min manat pul verəcək. Kaş elə yardım şəklində bu vəsaiti verib, ana dilimizdə hansısa kanala çempionatı ərmağan edəydilər.
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-12 02:23

“Real”dan darmadağın

blank
Dünya futbolu2024-05-12 02:00

“Napoli” uduzdu, “Milan” darmadağına sevindi

blank
Dünya futbolu2024-05-12 01:41

“Borussiya” darmadağına üzüldü

blank
Dünya futbolu2024-05-12 01:21

“Mançester Siti” və “Çelsi” səfərdə, “Tottenhem” evdə qələbə qazandı

blank
Dünya futbolu2024-05-12 01:00

Şeydayevlə İsgəndərlinin komandası pley-offda

blank
Premyer-liqa2024-05-12 00:45

“Qəbələ” ilə “Sabah”ın 27-ci dueli

blank
Dünya futbolu2024-05-12 00:31

Həsənalızadənin komandası 1-ci Liqaya vida etdi

blank
Ölkə futbolu2024-05-12 00:15

“Qəbələ”də bir itki

blank
Digər idman növləri2024-05-11 23:59

Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı

blank
Digər idman növləri2024-05-11 23:47

Azərbaycan atleti Daşkənddə ikinci oldu

blank
Digər idman növləri2024-05-11 23:30

Karateçilərdən Avropa çempionatında 3 medal

blank
Digər idman növləri2024-05-11 23:15

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

blank
Digər idman növləri2024-05-11 23:01

“Xəzri” finalda “Sabah”a rəqib oldu

blank
Premyer-liqa2024-05-11 22:47

“Qarabağ”a 1 qol bəs etdi – VİDEO

blank
Premyer-liqa2024-05-11 22:28

“Hakimin qərarını dəyişib penalti verəcəyinə inanmırdım” – Rəşad Sadıqov

blank
Premyer-liqa2024-05-11 22:00

“İstədiyimiz oyunu göstərə bilmədik” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-05-11 21:28

“Zirə” “Qarabağ”a məğlub oldu

blank
Premyer-liqa2024-05-11 21:00

“Dəyişilməli çox şey var” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-05-11 20:39

“Oyun başlayandan etibarən nəzarətimizdə idi” – Ayxan Abbasov

blank
Əvəzedicilər2024-05-11 20:26

“Neftçi”nin əvəzedicilərindən növbəti darmadağın

blank
Premyer-liqa2024-05-11 19:38

“Araz-Naxçıvan” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Digər idman növləri2024-05-11 19:19

Azərbaycan parataekvondoçusu Avropa çempionu oldu

blank
Premyer-liqa2024-05-11 18:55

“Araz-Naxçıvan” “Turan Tovuz”a uduzdu

blank
Dünya futbolu2024-05-11 17:22

Krivotsyukun komandası səfərdə xal itirdi

blank
Əvəzedicilər2024-05-11 16:47

34-cü turun təyinatları müəyyənləşdi

blank
Digər idman növləri2024-05-11 16:33

Azərbaycan cüdoçuları kəmər dərəcələri üzrə imtahan verib

blank
Digər idman növləri2024-05-11 15:58

Azərbaycan cüdoçularından Avropa Kata turnirində bürünc medal

blank
Digər idman növləri2024-05-11 15:30

ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər

blank
Dünya futbolu2024-05-11 14:22

A Seriyasında aprel ayının ən yaxşıları açıqlandı

blank
Digər idman növləri2024-05-11 13:59

“Heydər Əliyev kuboku”nun qalibləri müəyyənləşdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm