Ölkə futbolu
Yayım məsələsinin detallarına nə vaxt aydınlıq gələcək?
Premyer Liqa oyunlarının CBC telekanalı ilə yanaşı, AFFA-nın &q…
Premyer Liqa oyunlarının CBC telekanalı ilə yanaşı, AFFA-nın "Youtube" kanalı vasitəsi ilə də yayınlanacağı planlaşdırılıb. Nəzərə alsaq ki, ali futbol qurumumuzun yayımı ana dilimizdə şərh olunacaq, oyunları məhz internetdən izlənilməsi daha böyük maraq doğurur.
Bəs oyunları kim şərh edəcək? Suala aydınlıq gətirmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departmanetinin rəhbəri Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq: "Yotube" kanalımız vasitəsi ilə təqdim ediləcək oyunlar Azərbaycan dilində şərh olunacaq. Bütün tenxini avadanlığı CBC kanalı təqdim edəcək. Şərhçilik məsələsinə dair sualınıza indi dəqiq cavab verə bilmərəm. Məsələyə yaxın günlərdə tam səlist aydınlıq gətiriləcək”.
CBC kanalı ilə də əlaqə saxlayaraq, gündəmdə dayanan bir sıra suallara aydınlıq gətirmək cəhdlərimiz isə bəhrə vermədi.
Qeyd edək, Azərbaycan Premyer Liqası avqustun 8-də start götürəcək.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”