Ölkə futbolu
"Apollon" Azərbaycan və Türkiyə bayraqları olan avtobusda – FOTO
Sabah Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab m…
Sabah Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçı çərçivəsində "Qəbələ" Kiprin "Apollon" klubunu qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, rəqib komanda artıq paytaxtımıza təşrif buyurub.
Maraq üçün bildirək ki, yunanları hava limanından otelə gətirən avtobusun qarşısında Azərbaycan və qardaş ölkə Türkiyənin bayraqları olub.
Qeyd edək ki, bu komandaların Kiprdə keçirilən oyunu (1:1) zamanı Azərbaycan bağrağı təhqir olunmuşdu. Görünür, bu addımı yunanlara cavab olaraq atıblar.
(Fotolar qol.az saytına məxsusdu)