Ölkə futbolu
Bayılda maraqlı hadisə: Cəzalanan futbolçu meydançanı tərk etməmiş oyun başladı
Bu gün Topaz Premyer Liqasında ilk tura yekun vurulacaq. Futboli…
Bu gün Topaz Premyer Liqasında ilk tura yekun vurulacaq. Futbolinfo.az xəbər verir ki, "Rəvan" evdə "Sumqayıt"ı qəbul edir.
Hazırda Bayıl stadionunda keçirilən oyunda maraqlı hadisə yaşanıb. Belə ki, matçın 39-cu dəqiqəsində rəqib futbolçu Ruslan Tağızadəyə açıq ayaqla girən sumqayıtlıların hücumçusu Ağabala Ramazanov qırmızı vərəqə ilə cəzalandırılıb. Lakin Ramazanov meydançanı tərk etməmiş matçın baş hakimi İnqilab Məmmədov oyunu başladıb.