Premyer-liqa
"Sumqayıt"da biri qayıtdı, digəri gözləyir
Premyer Liqanın ilk turunda səfərdə "Rəvan"la heç…
Premyer Liqanın ilk turunda səfərdə "Rəvan"la heç-heçə edən (0:0) "Sumqayıt" 2-ci turda qarşılaşacağı "Xəzər Lənkəran"la oyunun hazırlığına start verib. Futbolinfo.az xəbər verir ki, dünən "Kapital Bank Arena"da baş tutan axşam məşqində "kimyaçılar" həm fiziki, həm də toplu çalışmalara yer verib.
"Rəvan"la görüşdə zədələnən qapıçı Şahrudin Məhəmmədəliyev artıq sağalaraq, kollektivə qoşulub. Pərdis Fərcad-Azad isə fərdi məşqlərlə kifayətlənib.
Qeyd edək ki, "Sumqayıt" – "Xəzər Lənkəran" oyunu avqustun 16-da saat 21:00-da "Kapital bank Arena"da keçiriləcək.
(Klub saytı)
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Premyer-liqa2024-05-11 18:55
“Araz-Naxçıvan” “Turan Tovuz”a uduzdu
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var
- Digər idman növləri2024-05-11 15:30
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər