Premyer-liqa
Şahin Diniyev: "Bunu reallığa çevirmək üçün çox çalışacağıq"
“Kəpəz” Premyer Liqanın 2-ci turunda Gəncədə “…
“Kəpəz” Premyer Liqanın 2-ci turunda Gəncədə “Zirə”ni qəbul edəcək. Ev oyunu öncəsi “sarı-göylər” matçın keçiriləcəyi şəhər stadionunda məşqə çıxıb. Futbolinfo.az xəbər verir ki, hazırlıq prosesi mətbuat və azarkeşlər üçün açıq olub. Məşqdən sonra “Kəpəz”in baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb.
Təcrübəli mütəxəssis ilk öncə Nizami yurdunda oynamağın məsuliyyətindən bəhs edib: “Gəncədə oynamaq böyük məsuliyyət daşıyır. Ona görə də ev oyunu tamam başqa ab-havada olacaq. Yəni azarkeşlər qarşısında komandanı bir növ imtahan gözləyir. Tamaşaçı sayının çoxluğu səbəbindən futbolçular bəlkə də, oyunun ilk 10-15 dəqiqəsində həyacanlı oldular. Gəncədə uşaqdan tutmuş böyüyə kimi hamı futbolu yaxşı bilir”.
Rəqib haqda verilən sualı isə Diniyev belə cavablandırıb: “Bu gün zəif komanda yoxdu. “Zirə” yaxşı komandadı, oyunlarını izləmişəm. Yüksək səviyyəli legionerlərdən qurulmuş kollektivdi. Bizə asan olmayacaq. Mənə elə gəlir ki, meydanda iki bərabər səviyyəli komanda görüşəcək. “Neftçi” ilə oyundan fərqli, bu görüş daha çətin olacaq”.
Jurnalistlər Şahin bəyə nəticə barədə də sual ünvanlayıblar. Təcrübəli mütəxəssis əvvəlcədən proqnoz vermək istəməyib: “Proqnoz vermək çox çətindi. Komandamız meydançanın hər qarışı uğrunda mübarizə aparacaq. Uşaqlar meydanda vuruşacaq. Nə alınacağını oyunun sonu göstərəcək. Çox istərdik ki, ilk ev oyunumuzu qələbə ilə başa vuraq. İstəyimiz bundan ibarətdi. Bunu reallığa çevirmək üçün çox çalışacağıq”.
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları