Müsahibə
Şahin Diniyev: "Biz itirdik"
Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində Gən…
Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində Gəncədə keçirilən "Kəpəz" – "Zirə" matçından sonra meydan sahiblərinin baş məşqçisi Şahin Diniyev mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, qələbəyə layiq futbol sərgiləyən komandanın çalışdırıcısı xal iitkisinə görə məsuliyyəti üzərinə götürüb.
– Ağırdı. Emosiyalara qapılmaq istəmirəm. Ancaq biz bu gün 2 xal itirdik. Olduqca çoxlu sayda qol vəziyyətləri yaratdıq. Uşaqlara heç bir iradım yoxdu. Bu cür isti havada belə futbol sərgilədiklərinə görə futbolçularıma minnətdaram. Klub rəhbərliyinə də təşəkkürümü bildirəm ki, xal itkisindən sonra futbolçulara dayaq oldular. Futbolda bu cür hallar olur. Gələcəyə baxmaq lazımdı.
– Adil Şükürov komandanızı 1 xal münasibəti ilə təbrik etdi. Siz necə, onları təbrik etmək istəyirsinizmi?
– Biz itirdik, onlar qazandı. Onları 1 xal qazanmaları münasibəti ilə təbrik edirəm.
– Biz itirdik, onlar qazandı. Onları 1 xal qazanmaları münasibəti ilə təbrik edirəm.
– Qol vurduqdan sonra komandanız müdafiəyə çəkildi. Bunun qarşısını niyə almadınız?
– Hücum etmək həmişə daha çox güc tələb edir. Futbolçular tükənmişdilər. Hücumameyilli futbolçuların yorulması komandamızın müdafiəyə çəkilməsini şərtləndirdi. Günahı oyunçuların üstünə atmaq niyyətində deyiləm. Nəticəyə görə məsuliyyəti mən daşıyıram.