Müsahibə
Adil Şükürov: "Gəncəliləri 1 xal münasibəti ilə təbrik edirəm"
Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində Gən…
Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində Gəncədə keçirilən "Kəpəz" – "Zirə" matçından sonra qonaqların baş məşqçisi Adil Şükürov mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, gənc mütəxəssis sözlərinə "Kəpəz" rəhbərliyinə təşəkkür etməklə başlayıb.
– Bu gün doğum günüm idi. "Kəpəz" rəhbərliyinə bunu diqqətdən qaçırmadıqlarına görə minnətdarlığımı bildirirəm. Mənim üçün doğma olan "Kəpəz"ni 1 xal və futbolun Gəncəyə qayıtması münasibəti ilə təbrik edirəm. Müdafiədə oturmaq itəmirdik. Çalışırdıq 3 xal qazanaq.
– Ancaq oyuna görə bunu söyləmək olmaz. Bu heç-heçəyə siz daha çox sevinməlisiniz.
– Oyunu əks-hücumdan qurmuşduq. Bilirdik ki, meydan sahibləri böyük qüvvə ilə irəli atılacaq. Belədə, şansımız olacağını bilirdik və sevindiricidi ki, əldə etdiyimiz fürsətdən faydalandıq.
– Oyunu əks-hücumdan qurmuşduq. Bilirdik ki, meydan sahibləri böyük qüvvə ilə irəli atılacaq. Belədə, şansımız olacağını bilirdik və sevindiricidi ki, əldə etdiyimiz fürsətdən faydalandıq.
– Oyundakı gərginlik barədə nə deyə bilərsiniz?
– Futboldu, bu cür hallar olur. Əsəb gərilir, ancaq nə olursa, meydanda qalır.
– Futboldu, bu cür hallar olur. Əsəb gərilir, ancaq nə olursa, meydanda qalır.
– "Kəpəz" çempionatın ortabablarından sayılır. Gəncə təmsilçisinə qarşı bu cür oyun göstərən komandanız çempionatda daha iddialılara qarşı nəyə ümid edə bilər?
– "Kəpəz"i kiçiltməyin. Bu komandanın tarixi var. 3 dəfə Azərbaycan çempionu olub. Yoxlama görüşlərində bir dəfə olsun məğlub olmayıblar.
– "Kəpəz"i kiçiltməyin. Bu komandanın tarixi var. 3 dəfə Azərbaycan çempionu olub. Yoxlama görüşlərində bir dəfə olsun məğlub olmayıblar.
– Tarixə ekskurs etmək olar. Ancaq tarix statistika üçündü, söhbət komandanın hazırki potensialından gedir.
– Bu gün barədə də danışdım. Axı yoxlama oyunlarında məğlub olmayıblar. Şahin Diniyev olduqca ciddi komanda formalaşdırıb.
– Bu gün barədə də danışdım. Axı yoxlama oyunlarında məğlub olmayıblar. Şahin Diniyev olduqca ciddi komanda formalaşdırıb.
– Sözünüzdən belə çıxır ki, "Kəpəz" medalçılar sırasına düşəcək?
– Bunu zaman göstərəcək.
– Bunu zaman göstərəcək.