Ölkə futbolu
"Qarabağ" – "Yanq Boyz" matçının biletləri satışa çıxır
Avropa Liqasının play-off mərhələsi çərçivəsində…
Avropa Liqasının play-off mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" (Azərbaycan) – "Yanq Boyz" (İsveçrə) qarşılaşmasının biletləri satışa çıxır. Futbolinfo.az xəbər verir ki, qarşılaşmanın biletlərini stadionunun kassalarından ala bilərsiz.
Biletlərin qiymətləri nömrəli sektorlarda 1-15 azn arasında dəyişir. Biletlər sabah saat 10:00-dan etibarən satışa çıxacaq.
Qarşılaşmaya olan böyük maraq səbəbindən "işbazlar"ın qeyri-leqal fəaliyyətinin qarşısını almaq üçün Ağdam klubu vətəndaşlardan biletləri sadəcə yeganə satış məntəqəsindən, Tofiq Bəhramov adına mərkəzi arenanın kassalarından holoqramlı bilet almağınızı xahiş edir. Kassadan bilet almaqla həm qənaət edib, həm də qeyri-qanuni alverin qarşısını almaqla vətəndaş mövqeyini sərgiləmiş olacaqsız.
Qeyd edək ki, avqustun 27-si Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 21:00-da start götürəcək.
(Klub saytı)
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Milli komanda2024-05-12 15:31
Millimiz iki yoldaşlıq görüşü keçirəcək