Milli komanda
Millimiz 4 pillə gerilədi
FİFA milli komandaların növbəti reytinq cədvəlini aç?…
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, ötən ay heç bir matça çıxmayan yığma komandamız siyahıda 4 pillə geriləyərək, 110-cu yerdə qərar tutub. Komandamızın aktivində 291 xal var.
Bu gün Avropa Çempionatının seçmə oyunları (AÇSO) çərçivəsində seçməmizin qonağı olacaq Xorvatiya da budəfəki siyahıda geriləyənlər arasındadı. "Damalılar" ötən ayla müqayisədə, 1 addım geriləyərək, siyahının 14-cü yerinə düşüblər. Qrupdakı digər rəqiblərimizdən olan İtaliya 16, Bolqarıstan 68, Norveç 69, Malta isə 160-cı yerdədi.
Cədvəlin ilk 3 pilləsində isə ötən ay olduğu kimi müvafiq olaraq, Argentina, Belçika və Almaniya yer alıb. Maraq üçün qeyd edək ki, qardaş Türkiyə yığması da cədvəldə 1 pillə geriləyib. "Ay-ulduzlular" hazırda 635 reytinq xalı ilə 46-cı mövqedədi.
Qeyd edək ki, FİFA növbəti reytinq cədvəlini oktyabrın 1-də açıqlayacaq.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-07 15:32
Şakir mövsüm bitən kimi “Sabah”a qayıdacaq
- Digər idman növləri2024-05-07 15:00
Bakıdakı Dünya Kubokunda növbəti medalçılar müəyyənləşdi
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”