Ölkə futbolu
Vüqar Nadirov: "Xorvatiya ilə oyunu unutmuşuq"
Bu gün Azərbaycan milli komandası növbəti sınaq qarşıs…
Bu gün Azərbaycan milli komandası növbəti sınaq qarşısındadır. Robert Prosineçkinin rəhbərlik etdiyi millimiz səfərdə Malta ilə münasibətlərini ayırd edəcək. Sentyabrın 3-də evdə güclü Xorvatiya ilə matçda 1 xal qazanan millimizdən Malta ilə oyunda qələbə gözləyənlərin sayı çoxdu.
Amma milli komandamız Malta ilə matça yeni səhifə kimi baxır. Bu barədə futbolinfo.az saytına millimizin hücumçusu Vüqar Nadirov məlumat verib: "Bəli, biz Xorvatiya ilə matçda 1 xal qazandıq. Amma indiki vəziyyətdə həmin oyunu unutmuşuq. Xorvatiya ilə oyundakı nəticə bizi aldatmamalıdır. Hər oyunun öz hazırlığı var. Biz indi Maltanı düşünürük. Səfərdən xal və ya xallarla qayıdacağımıza ümidim böyükdür".
Qeyd edək ki, Vüqar Nadirov Xorvatiya ilə oyunda əvəzetmədən meydançaya daxil olmuşdu.