Premyer-liqa
Varea: Bu yükün altından çıxdım
"Rəvan”ın heyətində ötən mövsüm sərgil…
"Rəvan”ın heyətində ötən mövsüm sərgilədiyi oyunla seçilən Xuan Manuel Varea cari "futbol ili”ndə bir qədər kölgəyə çəkilmişdi. Futbolinfo.az xəbər verir ki, elə buna görə də argentinalı forvard cari çempionatda ilk qolunu vurmaq üçün 583 dəqiqə gözləməli oldu. Nəhayət, "Neftçi” ilə oyunda "qara zolaq”dan çıxmaq mümkün oldu.
168 günlük qol həsrətinə son qoymuş Varea klubun rəsmi saytına danışıb: "Hər bir hücumçuda belə "qara zolaq” yaşana bilər. "Real”da Benzema da eyni problemlə qarşılaşıb. Təbii, qol vurmamağım üzərimdə əlavə təzyiq yaradırdı. Şadam ki, bu yükün altından çıxdım. Amma təəssüf edirəm ki, komandamız uduzdu. Bununla belə, gələcəyə ümidlə baxıram. Əvvəllər də bir yerdə oynadığım Kristian Torreslə daha yaxşı anlaşaraq qollarımı sıralayacağıma ümid bəsləyirəm. Bu baş versə, komandaya daha çox xeyir vermiş olaram. İstənilən halda, əsas məqsəd komandanın uğurudur. Belədə biz futbolçular da fərqlənəcəyik”.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”