Ölkə futbolu
AFFA rəsmisi "Rəvan"ın fırıldağını təsdiqlədi
“Rəvan”ın yaranma tarixi ilə bağlı avqustun son g&uum…
“Rəvan”ın yaranma tarixi ilə bağlı avqustun son günündə dərc etdiyimiz yazıda paytaxt təmsilçisinin loqotipində göstərilən 2007-ci ilin yanlış olduğunu isbatlamışdıq. Maraqlıdı ki, həmin yazı işıq üzü gördükdən bir neçə saat sonra AFFA-nın saytında dəyişiklik baş verdi: ali futbol qurumu 2009-cu ildə yaranan “Rəvan” PFK-nın doğum tarixini PFL-in saytında olduğu vəziyyətə gətirdi və klubu 2 il qocaltdı.
Bəs doğrudanmı “Rəvan” 2007-də yaranıb? Məsələyə aydınlıq gətirmək üçün xeyli gözləməli olduq. Klubun yaranma tarixi ilə son döydüyümüz qapı AFFA-nın hüquqşünası Rəmiş Malıyev oldu. O da öz növbəsində sənədlərin arxivdə olduğunu bildirməklə, müəyyən zamana ehtiyac duyduqlarını bildirdi.
Nəhayət, bu gün Malıyevlə əlaqə yaradaraq, məsələnin nə yerdə olduğuna dair cavab ala bildik: “Rəvan” klubu 2008-də qeydiyyatdan keçmiş “Atletiko N” klubunun adının dəyişməsindən sonra – 2009-cu ildə yaranıb. Bizdə bu tarix göstərilib. Sadəcə, məlum olduğu kimi, 2007-də “Muğan” klubu yaradılıb. “Rəvan” və “Muğan” klublarının maliyyə dayaqlarının yaxınlıqları ola bilsin, emblemdə 2007-ci ilin göstərilməsini şərtləndirib”.
Bunun hüquqi cəhətdən nə dərəcədə düzgün olub-olmadığını soruşduqda isə, hüquqşünas bildirdi ki, bu, ümumiyyətlə, ona aid olan sahə deyil.
Ancaq ən əsası ortaya çıxdı. 2009-da yaranan klub avqustun 31-də işıq üzü görən yazımızdakı faktların həqiqət olduğunu göstərdi. O ki qaldı PFL və AFFA-nın saytlarında “Rəvan”ın yaranma tarixinin 2007-ci il kimi göstərilməsi məsələsinə, yaxın vaxtlarda bu qüsurun aradan qalxacağına ümid edirik.
CEYHUN ƏLİYEV
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”