Ölkə futbolu
Hüseynpur yenidən “Sumqayıt”da
“İnter”də çıxış edən zaman zədələnən və …
“İnter”də çıxış edən zaman zədələnən və geri qayıtdıqdan sonra bərpa olunması uzun zaman alan Mirzağa Hüseynpur “Simurq”a icarəyə verildi. Məlum səbəblərdən sonra bütün “Simurq”lu futbolçular kimi klubsuz qalan Mirzağa yenidən Azərbaycana qayıdıb.
Futbolinfo.az saytının məlumatına görə, gənc yarımmüdafiəçi hazırda özünə tanış olan “Sumqayıt” klubunda baxışdadı. Oyunçu saytımıza açıqlamasında bildirib ki, klubda qalıb-qalmayacağı hələ ki bəlli deyil: “Burada məşqlər edirəm. Amma hələ ki, mənə heç nə deyilməyib. Tam sakitlikdi. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.
Qeyd edək ki, Hüseynpur “Sumqayıt”da özünü yaxşı tərəfdən göstərdikdən sonra “İnter”ə keçmişdi.