Dünya futbolu
De Xea 4 illik müqaviləyə qol çəkdi
İngiltərənin “Mançester Yunayted” klubu qapı&cc…
İngiltərənin “Mançester Yunayted” klubu qapıçısı David de Xea ilə müqaviləsini yeniləyib. Futbolinfo.az xəbər verir ki, ispaniyalı əlcək sahibi daha 4 il “qırmızı şeytanlar”ın şərəfini qoruyacaq.
Yeni anlaşmaya əsasən qolkiperin həftəlik məvacibi 200 min funt-sterlinq olacaq.
Mançesterlilərlə müqaviləsi gələn ilin yayında başa çatacaq qapıçının 2016-cı ildə azad agent kimi Madrid “Real”ına keçəcəyi gözlənilirdi. Ancaq yeni saziş imzalandıqdan sonra çox güman ki, bu keçid mümkün olmayacaq. 24 yaşlı qolkiper yay "transfer pəncərəsi"ndə İspaniya təmsilçisiənə qoşulmağı son anda baş tutmamışdı. Belə ki, tərəflər razılığa da gəlsə də, M.Y-in qapıçı ilə bağlı sənədləri gec göndərməsi səbəbindən bu keçid öz həllini tapmamışdı.
Qeyd edək ki, ispaniyalı qapıçı ada təmsilçisinə 2011-ci ildə Madrid “Atletiko”sundan transfer olunmuşdu.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var