Müsahibə
Aylton: “Yaxşı ki, qaydanı pozdum”
Ötən gün Topaz Premyer Liqasının 4-cü turu ç?…
Ötən gün Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində “Neftçi” səfərdə “Rəvan”ı 3:1 hesabı ilə məğlub edib. Futbolinfo.az xəbər verir ki, qarşılaşmadan sonra “ağ-qaralar”ın müdafiəçisi Aylton Silva jurnalistlərin suallarını cavablandırıb:
– Çox gözəl oyun oldu. Şanslarımızdan istifadə edib, qələbə qazandıq.
– Qırmızı vərəqə aldığın epizodla bağlı nə deyə bilərsən?
– Məncə, ilk sarı vərəqəyə layiq deyildim. Amma 2-ci sarı vərəqə də hakim haqlı idi.
– Məncə, ilk sarı vərəqəyə layiq deyildim. Amma 2-ci sarı vərəqə də hakim haqlı idi.
– Bu, artıq “Neftçi”də qısa müddətdə aldığın 2-ci qırmızı vərəqədi..
– Həmin epizodda qaydanı pozmasaydım, qol da buraxa bilərdik. Ona görə də yaxşı ki, qaydanı pozdum.
– Həmin epizodda qaydanı pozmasaydım, qol da buraxa bilərdik. Ona görə də yaxşı ki, qaydanı pozdum.
– Hər halda bu vərəqəyə görə, “Neftçi” qalib gəlməyə də bilərdi…
– Düzdü, risk etdim. Amma komandamıza inanırdım və yekunda da qələbə qazandıq.
– Düzdü, risk etdim. Amma komandamıza inanırdım və yekunda da qələbə qazandıq.
– Növbəti turda “Xəzər Lənkəran”la çətin oyun var. Bu qarşılaşmanın mahiyyətini bilirsənmi? Ümumiyyətlə, cənublularla oyunda iştirak edə bilməyəcəyinə görə, peşmansanmı?
– Çox vacib oyun olduğunu bilirdim. Belə matçda iştirak edə bilməyəcəyimə görə də çox pis olmuşam.
– Çox vacib oyun olduğunu bilirdim. Belə matçda iştirak edə bilməyəcəyimə görə də çox pis olmuşam.
– Oyundan sonra klub rəhbəri Çingiz Abdullayev soyunub-geyinmə otağında futbolçulara nə dedi?
– Hamımızı təbrik etdi və növbəti oyunları da fikirləşməli olduğumuzu bildirdi.
– Hamımızı təbrik etdi və növbəti oyunları da fikirləşməli olduğumuzu bildirdi.
ELMAR ABDULLA-ZADƏ