Ölkə futbolu
"Qarabağ"ın London sınağı isveçrəlilərə tapşırıldı
Avropa Liqasının qrup mərhələsinin ilk turunda səfərdə “…
Avropa Liqasının qrup mərhələsinin ilk turunda səfərdə “Tottenhem”la (İngiltərə) qarşılaşacaq “Qarabağ”ın oyununu idarə edəcək hakimlərin adlarına aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Mənbədə bildirilir ki, matçda ədaləti İsveçrədən olan hakimlər briqadası qoruyacaq. Baş hakim Adrien Yakkottet olacaq. Ona Rafael Zeder və Vital Jobin kömək edəcək. 4-cü hakim isə Yohannes Voqeldi.
Qeyd edək ki, sentyabrın 17-də Londondakı "Vayt Hart Leyn" stadionunda keçiriləcək sözügedən oyun Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.