Ölkə futbolu
"Qarabağ" Bakıya qayıtmayacaq
Avropa Liqasının qrup mərhələsi çərçivəsində sə…
Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə "Tottenhem"in qonağı olacaq son Azərbaycan çempionu "Qarabağ"ın London səfəri ilə bağlı yeni məlumat var. Futbolinfo.az xəbər verir ki, sentyabrın 15-də İngiltərəyə yollanacaq "atlılar" Bakıya qayıtmayacaq.
Ələdə etdiyimiz bilgiyə görə, Topaz Premyer Liqasının növbəti – 5-ci turu çərçivəsində (20 sentyabr) "Kəpəz"in qonağı olacaq Qurban Qurbanovun komandası paytaxta deyil, birbaşa Gəncəyə uçacaq.
Qeyd edək ki, sözügedən qarşılaşma sentyabrın 17-si Bakı vaxtı ilə saat 00:00-də başlayacaq.