Ölkə futbolu
“Neftçi”dən getdi, Droqba ilə görüşdü – FOTO
Azərbaycan azarkeşlərinə çox yaxşı tanış olan Julius Vo…
Azərbaycan azarkeşlərinə çox yaxşı tanış olan Julius Vobay Afrikanın fəxri ilə görüşüb. Söhbət fildişi sahilli məşhur hücumçu Didye Droqbadan gedir. Ölkəmizdə “Neftçi” və “Xəzər Lənkəran”da oynamış syerra-leoneli yarımmüdafiəçi tədbirlərin birində Droqba ilə görüşməyə müvəffəq olub.
Qeyd edək ki, məlum islahatlardan sonra “Neftçi”dən gedən Vobayın yeni komandası barədə hələ ki, məlumat yoxdu.