Bizi izləyin

Ölkə futbolu

Həmkarlarıma: 3 epizodda 1 sual

Futbolinfo.az saytının 2 yaşı münasibəti ilə AFFA-nın Mət…

blank
Futbolinfo.az saytının 2 yaşı münasibəti ilə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı Firuz Abdullanın yazısı
1-ci epizod. 10 iyun 2012-ci il. Təkcə Avropanın yox, dünyanın əksər ölkələrində futbola könül verənlərin çoxunun gözü televizor ekranlarına dikilib (oyunlara stadionda baxan bəxtəvərləri xatırlayıb kefinizi pozmayın – həyatdır, hər şey olur, bəlkə sizə də stadiondan AÇ və DÇ-yə baxmaq qismət oldu). Son dünya və Avropa çempionu sonuncudan əvvəlki mundialın qalibi ilə oynayır (futbola heç baxmayanların təsadüfən bu yazını oxumaq ehtimalını nəzərə alaraq, google-da “qurdalanmamaları” üçün yazım ki, söhbət İspaniya – İtaliya oyunundan gedir). Təbii, mən də oyuna baxıram. Paxıllıq damarınızda qanın sürəti artmasın – Qdanskda deyildim, Bakıda, evdə baxırdım. TRT-nin şərhçisinin duet ortağı Türkiyənin az tanınmayan məşqçisi Hikmət Karamandır. 90 dəqiqə ərzində Hikmət bəy, ən azı, 10 dəfə dedi ki, bu oyuna stadionda deyil, televiziya vasitəsilə baxan azarkeşlərin əvəzinə təəssüflənirəm. Çünki onlar (stadionda olmayanlar) meydanın yalnız top olan hissəsini görə bilirlər. Komandaların, xüsusilə İtaliya millisinin topsuz oyununu görmək üçün iki göz azlıq edər. Və bir də onu dedi ki, bu İtaliya millisi, minimum, finalda oynaya biləcək komandadır…
2-ci epizod. Dəqiq tarixi xatırlamıram, təxminən iki ay öncə. AFFA-nın saytında hansısa oyunun online reportajını aparacaqdım, evdə kompüteri açdığım nadir günlərdən biri. Hələ oyunun başlanmasına xeyli var, facebook-da var-gəl edirəm. Xəbər lentində bir video ilə qarşılaşıram. 3 il əvvəl ATV kanalında Sənan Şəfizadənin aparıcılığı ilə canlı efirə getmiş verilişin təxminən 2 dəqiqəlik hissəsidir. Sənanın qonaqları həmkarımız Anar Şabanoğlu, məşqçilər Şahin Diniyev və Aslan Kərimovdur. Veriliş AÇ-2012-nin finalından öncə yayımlanıb. Mövzu aydındır: İtaliya – İspaniya qarşılaşması. Sənan sonda hər birimizin verə biləcəyi sualı ünvanlayır qonaqlarına: qalib kim olacaq – “skuadra adzurra”, yoxsa “qırmızı buğalar”?
Anar italyanların çempionatda qət etdiyi məsafəni və ötdüyü maneələri sadalayır, ilk qolu vuracaq komandanın çempion olacağını söyləyir. Aslan Kərimov bəxt və taktiki üstünlük amilini önə çəkib “mavi eskadra”nın qalib gələcəyini deyir. İndi “Kəpəz”in Topaz Premyer Liqada rəqabətədavamlı olması üçün hər oyun futbolçularından ən yaxşı oyununu göstərməyi tələb edən Şahin Diniyev lakonik, amma zamanın kifayət qədər sərrast olduğunu aşkara çıxardığı proqnoz verir: “İtaliya turnirdə ən yaxşı oyununu Almaniyaya qarşı keçirib, ispanlar isə ən yaxşı oyunlarını hələ oynamayıblar. İspaniya finalda ən yaxşı oyununu nümayiş etdirib çempion olacaq…”. Stop! Yox, bu abzası modern üslubda bitirmək üçün ingiliscəyə keçmədim. Videonun nümayişini də elə beləcə qəfil dayandırıram, geriyə çəkirəm, Diniyevin proqnozuna bir də baxıram…
3-cü epizod. 9 oktyabr, 2015-ci il. Bakı Olimpiya Stadionu. Mətbuat konfransı zalı. Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki İtaliya yığması ilə oyun ərəfəsində jurnalistlərlə UEFA-nın tələbi olan ənənəvi görüşünü keçirir. Qeyri-adi heç nə yoxdur, heyətlə bağlı suallar, oyundan gözləntilər, Berti Foqts eşitməsin – yaxşı deyil – havada aqressiya-filan hiss olunmur, sualların tonu mülayim, cavablar təmkinli. Televiziya sahəsində uzun illəri əhatə edən təcrübəyə malik dostum Elçin Turabovla yanaşı əyləşib dinləyirik. Yerimiz zalın qapısının qarşısındadır. Arada gecikmiş jurnalistlər tələm-tələsik qapını cırıldadıb, yerlərini tutmağa tələsirlər. Qapı növbəti dəfə açılır. Əvvəlcə ilk baxışdanca əcnəbi olduğu anlaşılan xanım jurnalist təşrif buyurur zala. Ardınca saçlarının bəyazlığı və qırmızı qalstuku daha tez nəzərə çarpan bir ixtiyar. Elçin də, mən də mexaniki olaraq qapıya tərəf baxıb, gözümüzü çəkirik. Amma gözümüzü çəkməklə yenidən o ixiyara tərəf baxmağımız və sonra öz aramızda baxışmağımız arasında zaman saniyənin bəlkə mində biri qədər olur. Elçinin bərəlmiş gözlərinə baxanda öz gözlərimin bəlkə də, hədəqəsindən çıxmaq həddinə çatdığını düşünürəm. Zala daxil olan Covanni Trappatonidir. Dünya futbolunun əfsanə məşqçisi. Amma 2002-ci ildən fərqli, bu dəfə Bakıya məşqçi kimi yox, şərhçi qismində gəlib. İtaliyanın RAİ kanalı üçün Azərbaycan – İtaliya oyununu şərh etməyə…
Bu yazını yarımbaşlıqlara-filana deyil, futboldakı kimi epizodlara böldüm. 3 epizodun hər biri bütövlükdə bir sualın qayəsini təşkil edir. O sualın cavabı da elə epizodların özündədir. Sualı həmkarlarıma verim, cavabını tapın, söhbətimiz davam eləsin – bu xəmir az su aparmayacaq: Azərbaycanda futbol şərhçiliyində ən çox çatışmayan nədir?
Reklam

Reklam


blank
Ölkə futbolu2024-05-07 15:32

Şakir mövsüm bitən kimi “Sabah”a qayıdacaq

blank
Dünya futbolu2024-05-07 15:15

“Ayaks” son 24 ildə ilk dəfə bu aqibətlə üzləşdi

blank
Digər idman növləri2024-05-07 15:00

Bakıdakı Dünya Kubokunda növbəti medalçılar müəyyənləşdi

blank
Ölkə futbolu2024-05-07 14:42

“Qarabağ”dan 6/6, Sxadadzenin gecikən qələbəsi

blank
Digər2024-05-07 14:31

MEDİA tərəfindən yeni təlim kursu istifadəyə verildi

blank
Milli komanda2024-05-07 14:20

Kunts – AFFA-nın, yoxsa Nəsirovun namizədi?

blank
Milli komanda2024-05-07 14:16

Millimiz İnkişaf Turnirində son oyununda da uduzdu

blank
Digər idman növləri2024-05-07 14:00

“Yarımfinal matçlarında favorit yoxdur”

blank
Dünya futbolu2024-05-07 13:45

İlkay “Barselona”da xoşbəxt deyil

blank
Digər idman növləri2024-05-07 13:31

Nyu York klubu önə keçdi

blank
Digər idman növləri2024-05-07 13:14

Las-Veqasda Formula 1-in ləğvi üçün petisiya

blank
Digər idman növləri2024-05-07 13:00

MBA-da ilin debütantı məlum oldu

blank
Digər idman növləri2024-05-07 12:46

Yarımfinal mərhələsi başlayır

blank
Digər idman növləri2024-05-07 12:29

“Hər şeyi Gəncəyə yaraşan şəkildə edəcəyik”

blank
Dünya futbolu2024-05-07 12:14

Musa Qurbanlı “Yurqorden”in U-21 komandasında fərqləndi

blank
Digər2024-05-07 12:00

MİSLİ ilə qazan!

blank
Milli komanda2024-05-07 11:53

Millimiz UEFA İnkişaf Turnirində son sınağına çıxır

blank
Ölkə futbolu2024-05-07 11:45

“Araz-Naxçıvan” “Baku Fire” ilə üz-üzə

blank
Layihə2024-05-07 11:30

İdman telejurnalistikası: müasir tələblər və problemlər

blank
Dünya futbolu2024-05-07 11:15

“Borussiya” onu satmaq istəyir

blank
Ölkə futbolu2024-05-07 10:58

Dadaşov: “Komandada əhvali-ruhiyyə dəfn mərasiminə bənzəyirdi”

blank
Dünya futbolu2024-05-07 10:41

Bundesliqa klubu baş məşqçisini istefaya göndərdi

blank
Ölkə futbolu2024-05-07 10:27

“Səbail”in “Sumqayıt”ı ötmək şansı qalmadı

blank
Ölkə futbolu2024-05-07 10:10

Kubokun 27-ci sahibi hansı komanda olacaq?

blank
Dünya futbolu2024-05-07 09:55

Çempionlar Liqasında ilk finalçı müəyyənləşir

blank
Milli komanda2024-05-07 09:38

Mahrezə Benzia əngəli

blank
Ölkə futbolu2024-05-07 09:21

Millimiz 29-cu oldu

blank
Ölkə futbolu2024-05-07 09:04

Regekampf indi də “Rapid”ə gedir

blank
Dünya futbolu2024-05-07 08:49

Hüseynovlu “Arda”dan növbəti heç-heçə

blank
Dünya futbolu2024-05-07 08:32

Təbriz klubundan inamlı qələbə

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm