Premyer-liqa
"Xəzər Lənkəran"ın zədəlisi qayıtdı, amma…
Premyer Liqanın VIII turu çərçivəsində oktyabrın 18…
Premyer Liqanın VIII turu çərçivəsində oktyabrın 18-də AZAL-ı qəbul edəcək “Xəzər Lənkəran” hazırıqlarını başa vurub. Futbolinfo.az xəbər verir ki, "ağ-yaşıllar" dünən güclü yağış altında növbəti məşqini keçirib.
Son günlər Bakıda müalicə alan Orxan Əliyev artıq Lənkərana qayıdıb, lakin o hazırlıq prosesinə qatılmayaraq, kənarda fərdi məşqlə kifayətlənib. Millinin düşərgəsindən qayıdan Rahid Əmirquliyev və Elnur Cəfərov da məşqdə iştirak ediblər.
“Xəzər Lənkəran” bununla da AZAL-la oyunun ümumi hazırlığını yekunlaşdırmış olub. Qarşıda yalnız taktiki hazırlığın əsas kompanentlərinin təkrarlanmasından ibarət olacaq oyunöncəsi son məşq qalıb.
(12cioyuncu.info)