Premyer-liqa
"Sumqayıt"da rekord təkrarlandı
Pərdis Fərcad-Azad “Sumqayıt”ın rekordunu təkrarlamaq…
Pərdis Fərcad-Azad “Sumqayıt”ın rekordunu təkrarlamaqla klubun tarixinə düşüb. Futbolinfo.az xəbər verir ki, Topaz Premyer Liqasının VIII turunun “İnter”lə ev oyununda qol sevinci yaşayan 27 yaşlı hücumçu klubunun ölkə çempionatlarındakı ən yaxşı bombardiri adına şərik çıxıb.
“Kimyaçılar”ın heyətində Premyer Liqada 18-ci dəfə fərqlənən Pərdis bu göstəricidə Məhəmməd Qurbanova çatıb. Sonuncu artıq “Gənclik şəhəri” təmsilçisində çıxış etmədiyindən Fərcad-Azad rekordu yeniləmək imkanına malikdir. Komandasındakı 66-cı oyunda buna nail olan Pərdisin orta məhsuldarlığı 0,273-ə bərabərdir. Cari mövsümdə 7 matçda ilk dəfə fərqlənən hücumçu qollarından 9-nu 2012/13 (23 oyun), 6-nı 2013/14 (24 oyun), 2-ni 2014/15 (12 oyun) mövsümlərində vurub.
“Sumqayıt”ın Premyer Liqada 3-cü bombardiri Orxan Əliyevin hesabında isə 14 top var.
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları