Ölkə futbolu
Roman Qriqorçukun səlahiyyəti olsaydı…
“Qəbələ”nin Avropa Liqasında və daxili çempi…
“Qəbələ”nin Avropa Liqasında və daxili çempionatda əsas fiqurlarından biri, sözsüz ki, qapıçı Dmitri Bezatosnıdır. Roman Qriqorçukun komandaya gətirdiyi qolkiper ilk vaxtlar inamsız təsir bağışlasa da, sonradan özünə gəldi. Hətta cari çempionatda ardıcıl oyunlarda qol buraxmadı və quru seriyasını 700 dəqiqədən keçirdi.
Amma “Kəpəz”lə oyunda qolkiper həm qol buraxdı, həm də zədə aldı. İlkin ehtimallara görə, onun məşqlərə başlaması üçün ən azı 1 ay vaxta ehtiyac var.
Bezatosnının yoxluğunda Roman Qriqorçuk, çox güman ki, David Pietrzikeviçə etimad göstərəcək. Çünki “Qəbələ”nin qapıçı məşqçisinin Andrey Popoviçi görməyə gözü yoxdur.
Roman Qriqorçukun isə başqa “planı” var. Ukraynalı baş məşqçi “Kəpəz”ə qarşı oyundan sonra keçirilən mətbuat konfransında bildirib ki, “Borussiya” ilə oyunda imkanı olsa, qapıya iki adam qoyar.
Qriqorçuk bununla alman klubunun gücücü qabartmaqdan daha çox Bezatosnının nə qədər dəyərli bir oyunçu olduğunu etiraf etmiş olub.