Ölkə futbolu
Millimizin üzvü qol vurdu, komandası qələbə qazandı
Almaniya Qərb Regional Liqasında 16-cı turun oyunları keçir…
Almaniya Qərb Regional Liqasında 16-cı turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Toğrul Eratın şərəfini qoruduğu "Fortuna-2" (Dusseldorf) də növbəti matçına çıxıb.
Adıçəkilən komanda doğma meydanda “Mlemaniya” (Ahen) ilə üz-üzə gəlib. Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Meydanda 90 dəqiqə mübarizə aparan Erat isə 60-cı dəqiqədə komandasının ikinci qolunu vurub.
Qeyd edək ki, “Fortuna-2” 23 xalla 7-ci pillədə qərarlaşıb.