Premyer-liqa
"Kəpəz" yenidən AZAL-la qarşılaşacaq
Topaz Premyer Liqasının XII turunda keçirilən AZAL – “…
Topaz Premyer Liqasının XII turunda keçirilən AZAL – “Kəpəz” (1:1) oyunundan sonra Gəncə klubunun üzvləri istirahətə buraxılıb. Futbolinfo.az xəbər verir ki, milli komandaların oyunları ilə bağlı çempionatda fasilə yarandığından baş məşqçi Şahin Diniyev yetirmələrinə 3 günlük istirahət verib.
“Sarı göylər” məşqləri noyabrın 11-də bərpa edəcək. Fasilə müddətində “Kəpəz” yoxlama oyunu da keçirəcək. Gəncəlilər AZAL-la qarşılaşacaq.
Qeyd edək ki, yoxlama matçı noyabrın 14-də saat 15:00-da “AZAL Arena”da olacaq.