Premyer-liqa
Hakimdən sarı vərəqə alan Səlahət Ağayevdən qeyri-adi tələb
Topaz Premyer Liqasının 13-cü turu çərçivəsind?…
Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilən "Qəbələ" – "İnter" qarşılaşmasının 74-cü dəqiqəsində maraqlı hadisə yaşanıb. Futbolinfo.az xəbər verir ki, topun qonaqların qapıçısı Səlahət Ağayevdən qapı xəttindən çıxdığı an baş hakim Rəhim Həsənovun qapıdan zərbə təyin etməsinə etiraz edən yerli azarkeşlər referinin ünvanına təhqiramiz şüar səsləndirib.
Bu epizodun davamında topu oyuna gec daxil edən Ağayev baş hakimin qəzəbinə tuş gələrək, sarı vərəqəylə cəzalandırılıb. Buna cavab olaraq, "İnter"in kapitanı üzünü azarkeşlərə tutaraq, az öncə hakimin ünvanına səsləndirdikləri ifadənin davamını gətirmələrini əl hərəkətləri ilə istədi.
Qeyd edək ki, matçın son dəqiqələrinə komandalar 1:1-lik bərabərliklə giriblər.