Bizi izləyin

Premyer-liqa

"Qəbələ"nin sindrom sirri

“Qəbələ” Topaz Premyer Liqasında qələbə qazandığ?…

blank
“Qəbələ” Topaz Premyer Liqasında qələbə qazandığı tarixi yəqin ki, unudub. Komanda unutmayıbsa da, azarkeşləri, futbol ictimaiyyəti xatırlamır. Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə edən, qızıl medallar uğrunda mübarizədə “Qarabağ”ın əsas rəqibi sayılan komanda sonuncu dəfə oktyabrın 17-də qələbə sevincini dadıb. O da “Neftçi” üzərində. Həmin “Neftçi” ki, adı gələndə, hamının ironiya ilə qarşıladığı “Rəvan”a belə məğlub olub.
Bəs nə oldu ki, rəqiblərinə divan tutan klub birdən-birə ard-arda büdrəməyə başladı? Komandanın uğursuzluqlarının kökünü axtarmaq üçün çempionatdakı əsas rəqibi “Qarabağ”a nəzər yetirməyə ehtiyac var. Çünki Ağdam təmsilçisi də “Qəbələ” kimi iki cəbhədə mübarizə aparır. Amma ukraynalı vizavisindən fərqli olaraq, Qurban Qurbanov qarmoniyanı qorumağı bacarıb: “Qarabağ” Avropa Liqasındakı çıxışından doğan çətinlikləri çempionatda hiss etdirmir.
Bunun səbəbi “Qarabağ”ın aparıcı fiqurlarının bütün oyunlarda iştiak etməməsidi. Qurbanov heyətdə rotasiyalara əl atır və bunun nəticəsində 5-6 oyunçuya dincəlmək imkanı yaradır. “Qəbələ”də isə bunun əksini görürük. Zenyov, Dodo, Antonov, Stankoviç, Qay, Daşdəmirov kimi futbolçular faktiki olaraq, istirahətin nə olduğunu bilmirlər. Belədə, ortaya sual çıxır: 30-a yaxın futbolçunu heyətə qatıb, 14-15 oyunçuyla oynamağa nə lüzum? Lazım deyildilərsə, müqavilə bağlamağa da ehtiyac yox idi, xeyirləri dəyəcəkdisə, onda bu cür çətin durumda əsl oynamaq vaxtlarıdı. 
Kənarda qalan futbolçular sırasında bir neçəsinin adını xüsusi qeyd etmək istəyərdik. Milli komandamızın üzvləri Vaqif Cavadov və Vüqar Nadirov, zəngin təcrübəyə malik Rəşad Sadiqov çempionat oyunlarında tükənən oyunçuları əvəz etmək iqtidarındadılar. Axı daim start heyətində meydana çıxan oyunçular həm fiziki, həm də psixoloji yüklənmələrə məruz qalıb. Elə azərbaycanlı futbolçularla yanaşı, itib-batan Floreskunun da adını çəkə bilərik. Hər halda mövsümün əvvəlində rumıniyalı dayaq yarımmüdafiəçisi olduqca xoş təsir bağışlayırdı. Komanda cari mövsümdə avrokubok və çempionat oyunlarında 24 dəfə meydana çıxıb. Bu cür sıx qrafikdə oynamaq üçün İtaliya, İngiltərə, Almaniya, İspaniya çempionatlarında çıxış etməlisən ki, tab gətirə biləsən. Elə bunun nəticəsidi ki, dünən “İnter”lə oyunda Zenyov əzələsini dartdı. Axı bu, mühərruk deyil ki, daim işləsin.
Qriqorçuk təcili tədbirlər görməsə böhran dərinləşə bilər. Bəli, komanda cari avrokubok mövsümündə boyundan hündürə tullana bilib. Çempionatda gümüş medal qazansalar belə, “Qəbələ”nin aktivinə yazılacaq. Ancaq elə həmin gümüş medalı qazanmaq üçün hələ çox əziyyət çəkmək gərəkdi. Çünki dünənki oyun göstərdi ki, “İnter” imkan yaranacağı təqdirdə, Qriqorçukun komandasına “əlcək atmağa” hazırdı.
Əlbəttə, istəməzdik ki, qızıl medallara intriqa 3-cü dövrənin sonunda ölsün. Amma “inqilabi gedişlər” edilməsə, Qriqorçukun qızıl medal iddiaları tezliklə röyaya çevriləcək.
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Digər idman növləri2024-05-15 15:01

Olimpiya kəndində uşaq bağçası olacaq

blank
Ölkə futbolu2024-05-15 14:54

Üç liqada final mərhələsinin püşkü atılıb

blank
Ölkə futbolu2024-05-15 14:39

Premyer Liqanın ən reytinqli futbolçusu: ilk 6 yer “Qarabağ”ın oldu

blank
Dünya futbolu2024-05-15 14:24

De Bröyne Fabreqasın rekordunu təkrarladı

blank
Digər idman növləri2024-05-15 14:07

“Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib

blank
Digər idman növləri2024-05-15 13:54

Millimizin Qızıl Avropa Liqası üçün heyəti açıqlandı

blank
Digər idman növləri2024-05-15 13:36

AVF rəsmiləri Tovuz Regional Voleybol Klubunun qonağı olublar

blank
Ölkə futbolu2024-05-15 13:18

II Liqada Nəsibov, Premyer Liqada yalnız “Kəpəz”lilər

blank
I Liqa2024-05-15 13:00

I Liqada 26-cı turun 3 oyunun təyinatları bəlli oldu

blank
Digər idman növləri2024-05-15 12:42

Şumaxerin saat kolleksiyası 4,4 milyona satıldı

blank
Digər idman növləri2024-05-15 12:25

Həlledici mərhələ başlayır

blank
Digər idman növləri2024-05-15 12:08

İtaliya qran-pridən məhrum ola bilər

blank
Digər idman növləri2024-05-15 11:51

“Rolan Qarros”: Turnirin ikiqat finalçısı yarışlara dəvət almadı

blank
Digər idman növləri2024-05-15 11:37

Son çempion dönüş etməyə yaxındır

blank
Ölkə futbolu2024-05-15 11:22

Marakvelidze: “Bir neçə təklifim var”

blank
Ölkə futbolu2024-05-15 11:07

Tovuzluların Niderland səfəri

blank
Ölkə futbolu2024-05-15 10:50

“Qəbələ”ni hansı aqibət gözləyir?

blank
Dünya futbolu2024-05-15 10:35

41 il sonra yenidən ÇL-də

blank
Digər idman növləri2024-05-15 10:17

Avqustda Meyvezerin döyüşü olacaq

blank
Digər idman növləri2024-05-15 09:59

“Ölçülərin mənası olsaydı, meşənin şahı fil olardı”

blank
Ölkə futbolu2024-05-15 09:42

Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq

blank
Digər idman növləri2024-05-15 09:25

“Mercedes” sürücüsünə mükafat verildi

blank
Digər idman növləri2024-05-15 09:10

“Bu il yığma komandada gənc oyunçular da çoxdur”

blank
Ölkə futbolu2024-05-15 08:52

“Qarabağ” – 34 çempiondan biri

blank
Ölkə futbolu2024-05-15 08:35

Musa Bakıya rəqib kimi gələ bilər

blank
Ölkə futbolu2024-05-15 08:17

Mirzov mövsümün bitməsini gözləyir: “Ondan sonra vəziyyətə baxacağıq”

blank
Müsahibə2024-05-15 08:00

Xvalko qərarını verməyib: “Həmin anda nəsə deməyin xeyri olmayacaqdı”

blank
Dünya futbolu2024-05-15 02:09

“Real”dan növbəti darmadağın

blank
Dünya futbolu2024-05-15 01:17

“Mançester Siti” ilə “Tottenhem” də bacarmadı

blank
Ölkə futbolu2024-05-14 23:05

Azərbaycan çempionatının qalibi müəyyənləşdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm