Ölkə kuboku
"Bu oyundan sonra “Qarabağ”ı düşünməyə başlayırıq"
Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start veri…
Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start veriləcək. Futbolinfo.az xəbər verir ki, "İnter" səfərdə 1-ci divizion təmsilçisi "Turan Tovuz"u 3:1 hesabı ilə məğlub edərək, növbəti mərhələyə vəsiqə qazanıb.
Tovuz şəhər stadionundakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama qonaq komandanın baş məşqçisi Zaur Svanadze qələbəni belə şərh edib: “Qələbəyə görə çox şadam, amma bizim üçün ağır oyun oldu. Yaxşı ki qələbə qazandıq. Bu oyundan sonra “Qarabağ”ı düşünməyə başlayırıq. Heyətlə bağlı problemlərimiz var. Bütün bunlara baxmayaraq, növbəti görüşləri düşünməliyik”.
“Turan Tovuz”un baş məşqçisi Nizami Sadıqov isə səhvlərdən gileyləndi: “Komandalar arasında fərq böyükdür. Çatışmazlıqlarımız var. Bütün bunlar elita klubları ilə oyunda daha aşkar görünür. Biz bu gün mübarizə aparsaq da, səhvlərimiz vardı. Onları aradan qaldırmağa çalışacağıq”.