Premyer-liqa
"Neftçi" istirahətsiz başladı
Dünən ölkə kubokunun 1/8 final mərhələsi çər&cc…
Dünən ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində “Qaradağ-Lökbatan”ı məğlub edən “Neftçi” bu gün yenidən bir araya gəlib. Futbolinfo.az xəbər verir ki, bakılılar klubun bazasında bərpa məşqinə çıxıb.
“Ağ-qaralar” “Zirə” ilə görüşün hazırlıqlarına isə sabahdan başlayacaq. Paytaxt təmsilçisində zədəsini sağaldan kapitan Araz Abdullayev sıraya dönübsə, hücumçu Salas Quintnın vəziyyəti hələ də müəmmalıdı Fərdi şəkildə məşqlərdə iştirak edən ispan futbolçunun “qartallar”la matçda iştirak edib-etməyəcəyi hələ bilinmir. Anyetedən fərqli olaraq, Məqsəd İsayevin matçı buraxacağı dəqiqdi. Əməliyyatdan yeni çıxan müdafiəçi hələ məşqlərə başlamayıb.
Qeyd edək ki, sözügedən matç ayın 6-ı saat 16:00-da start götürəcək.