Bizi izləyin

Ölkə futbolu

Detallarla: Bəhruz nədən narazıdı və əslində, nə istəyir?

“Rəvan”ın futbolinfo.az saytı ilə məhkəmə qalmaqal?…

blank
“Rəvan”ın futbolinfo.az saytı ilə məhkəmə qalmaqalının detalları çox adamda maraq doğurur. Klubun nədən narazı qaldığı, niyə məhkəməyə üz tutduğunun səbəbləri isə vitse-prezident Bəhruz Şirəliyevin imzaladığı iddia ərizəsində gizlənir. Detalları ilə izah edək, siz də bilin.
 
Öncə “Rəvan”da çalışan bəhruzkimiləri narazı salan yazıların siyahısına diqqət edin:
 
  • “Rəvan”da biabırçılıq: UEFA-nın pulunu mənimsədilər, komanda ac qaldı
  • Nuru Əliyevin klubunda özbaşınalıq
  • Nuru Əliyev aslanın qanadlarını niyə kəsdi?
  • “Simurq” xarabalığı üzərində AFFA – “Rəvan” saxtakarlığı
  • Premyer Liqanın Nuru
  • “Rəvan”da rəhbər qarşıdurması
  • Nuru Əliyev nədən çəkindi?
  • “Rəvan”ın mənasız bəhanə bəyanatı
 
Nəyin və kimin hesabına “Rəvan”da vəzifə sahibi olduğunu, qohum olan rəhbərliyi manevrləri ilə üz-üzə qoyduğunu, ətlə dırnaq arasına necə girdiyini növbəti yazılarda açıqlayacağımız Şirəliyevin imzaladığı ərizədə məhz bu başlıqlı yazılar qeyd olunub. İddiaçılar hesab edir ki, sayt “Rəvan”ın külli miqdarda pul mənimsədiyini, klubun saxtakarlıq etdiyini, AFFA-yla işbirliyində olduğunu, rəsmilərin səfər üçün ayrılan pulları eyş-işrətə xərclədiyini yalandan yazıb.
 
Bu qeydlər içində xüsusilə sonuncunun aydınlaşması Bəhruzun marağı dairəsindədi. Çünki o, 19 yaşlıların Moskva səfərində olmayıb və “mehriban düşmən” olduğu digər vitse-prezident İlqar Axundovun həmin pulu hara xərclədiyini bilmək istəyir ki, əsas şefin yanında onu gözükölgəli etsin. Şirəliyev gözəl anlayır ki, futbolinfo.az saytı olmayan şeyi yazmaz və bu səbəbdən ilanı Seyid Əhməd əli ilə tutmaq niyyətindədi. Problem deyil, sübut edəcəyik.
 
İddia ərizəsində vurğulanır ki, bu yazılarda məqsəd jurnalist araşdırması yox, iddiaçının nüfuzunu ləkələməkdir. Jurnalistika dərsi keçməyə çalışan Bəhruz ərizəsində vurğulayır ki, sayt bütün tərəflərin fikirlərini verməyə cəhd etməmiş, yalnız böhtan və təhqirə üstünlük vermişdir. Ola bilsin, həmin vaxt Şirəliyev haradasa bənnalıq etməklə məşğul olub (axı, onun hansısa yollarla ələ keçirdiyi başqa sahədə – tikinti sektorunda çalışdığı deyilirdi – red.), amma xatırladım ki, hər dəfə klubun mövqeyini öyrənməyə cəhd etmişik. Axundovun telefonuna etdiyimiz, amma cavablandırılmayan zənglərin siyahısını çıxarmaq üçün müraciət ediləcək ünvan bəllidi. Bu yazıların qarşılığında utanmaz-utanmaz “əməkdaşlıq” üçün başqa yollarla təklif göndərən də İlqar olub.
 
Bəhruzların və ilqarların xislətinə bələd olduğumuzdan bunu yetərli bilməyib əməkdaşımızı Bayıl stadionuna müsahibə üçün göndərmişik. Əvvəlki müraciətlərdə də, o zaman da vitse-prezident mətbuat katibi vasitəsi ilə danışmaq istəmədiyini bildirib. Və nəhayət, kluba rəsmi məktub ünvanlamışıq, indiyədək də cavab almamışıq. Bütün bunları nəzərə alaraq, qeyd edim ki, Bəhruzun bütün iddialarına bir qoz. Bizim müraciətlərimizə borclu olduqları halda cavab vermədikləri üçün onların özünü məhkəməyə vermək lazım gələcək.
 
Ərizədə qeyd olunur ki, “Rəvan” Peşəkar Klubu MMC 7 ildən artıqdı ki, idman sferasında uğurlu fəaliyyət göstərir. Əvvəla burada “idman” yox, “futbol” yazılmalı, daha sonra uğurlu sözü redaktə edilməlidi.
 
Şirəliyevin dövlət siyasəti, ölkə başçısının idmana qayğısı haqda yazdığı, iddia ərizəsinin təsir gücünü artırmaq məqsədli qeydləri doğrudu. Amma bundan “Rəvan”a nə? Bəlkə bu klub əldə etdiyi çoxsaylı imtiyazların qarşılığında nəsə edib xəbərimiz yoxdu? Hətta AFFA prezidentinin bağışladığı, Qaraçuxurdakı torpaq sahəsi aidiyyəti üzrə istismar olunmur, dünənin klubları özünə hər cür şərait yratdığı halda bu klub “Bayıl Arena”da qoltuğa sığınır.
 
Bəhruz əfəndi “Rəvan”ın bugünədək minlərlə idmançı yetişdirməsindən, gənc futbolçuların ölkə miqyasında və beynəlxalq arenada tanınmasında və öz gücünü göstərməsində əvəzsiz rol oynamasından danışır. Adamın belə yalana görə basıb gözünü çıxararlar. “Onlarla” yazılsaydı, yenə inanmaq olardı, “minlərlə” nədi? Heç “Rəvan”da indiyədək 1000 nəfər olmayıb. UEFA Gənclər Liqasındakı 2 biabırçı oyunu da dağılan “Simurq”un üzvləri ilə yola vermisiz.
 
Bəhruzun fikrincə, sayt bu yazılarla klubun işgüzar nüfuzunu ləkələmiş və klubu ciddi maliyyə itkisinə (!) məruz qoymuşdur. Gülməkdən öldüm, görəsən, “Rəvan” nə qazanırmış ki, nə də itirsin? Bəlkə “yuxarı”dan gələn pullar kəsilib, imtiyazlar əllərindən alınıb, ödənilməyən vergilərə görə şirkətinizin qapısını kəsən auditi biz göndərmişik?
 
Daha sonra KİV haqqında qanunun 3 maddəsini rəhbər tutan “Rəvan” rəsmisi
 
sözügüdən yazıların saytdan çıxarılmasını;
eyni ölçülü şriftlərlə və s. təkzib məqaləsinin yazılmasını və onun 1 il ərzində saytın ön səhifəsində yerləşdirilməsini;
iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatları yaymaqla, vurulmuş maddi və mənəvi zərərə görə cavabdehdən 10 min manat maddi, 10 min manat mənəvi və 30 manat məhkəmə xərclərinin tutulması üçün
 
qətnamə çıxarılmasını tələb edir.
 
Deyəsən, Nuru Əliyevin sadiq “işçisi” “Rəvan”ın illik büdcəsini bizdən almaq istəyir. Əslində, komandaya daha çox pul verilsə də, ağ mühasibatlıqda göstərilənləri elə bu məbləğə sığışdırmaq olar. Ola bilsin, ayaqyoluna da şirkətlərinin maşınında gedən Şirəliyevin mətbuatın durumundan xəbəri yoxdu. Həm də lap Marsdatorpaq sahəsi istəsin, bunun üçün öncə haqlı olmaq lazımdı.
 
Əslində, “Rəvan”ın davası imic, nüfuz, klubun mənafeyi deyil. Şirəliyevin qeydlərindən aşıq-aşkar görünür ki, o, Nuru Əliyevin adı çəkilən tənqidi yazıları internet arxivindən sildirməkdə maraqlıdı. Bu şəxsin bir şəklinin belə internetdə olmaması elə bu cür fəaliyyətin nəticəsidi. Kimdən və niyə qaçır, niyə gözəgörünməz olmaq istəyir – bilmirəm, ancaq faktdı ki, əsas hədəf məhz budu. O ki qaldı yuxarıda siyahısını verdiyimiz yazılara, tezliklə onları bir daha oxuculara təqlidm edəcək və həmin yazıları niyə yazdığımızı, nəyə əsaslandığımızı faktlarla sübut edəcəyik. Bir-bir, 8 yazının 8-ni də detalları ilə yenidən xatırlayacağıq…
 
CAVAD
Reklam

Reklam


blank
Ölkə futbolu2024-05-13 09:41

“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu

blank
Digər idman növləri2024-05-13 09:24

Azərbaycan gimnastlarından Dünya Kubokunda 4 medal

blank
Ölkə futbolu2024-05-13 09:07

Şinyaşiki: “Het-trik hər zaman diqqəti cəlb edir”

blank
Ölkə futbolu2024-05-13 08:50

Lunyov “Rostov”a gedir?

blank
Ölkə futbolu2024-05-13 08:32

“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası

blank
Ölkə futbolu2024-05-13 08:15

Musa Qurbanlının oynamamasının səbəbi

blank
Ölkə futbolu2024-05-13 08:00

“Qəbələ” avrokubok mübarizəsini qarışdırdı

blank
Dünya futbolu2024-05-13 01:50

“Atletiko”dan çətin qələbə

blank
Dünya futbolu2024-05-13 01:33

PSJ doğma meydanda uduzdu

blank
Dünya futbolu2024-05-13 01:07

“Yuventus” autsayderlə də bacarmadı

blank
Dünya futbolu2024-05-13 00:51

“Bayer”dən darmadağın, “Bayern”dən inamlı qələbə

blank
Dünya futbolu2024-05-13 00:33

“Arsenal” “Mançester Yunayted”ə qalib gəldi

blank
Dünya futbolu2024-05-13 00:06

Renat qol vurdu, Şahruddin 6 top buraxdı, liderlər qalib gəldilər

blank
Digər idman növləri2024-05-12 23:25

Azərbaycan atleti Özbəkistanda qızıl medal qazandı

blank
Digər idman növləri2024-05-12 23:06

Azərbaycan çempionatında ilk medalçı bəlli oldu

blank
Premyer-liqa2024-05-12 22:47

“Futbolçular psixoloji olaraq çox yüklənib” – Samir Abasov

blank
Premyer-liqa2024-05-12 22:28

“Sumqayıt”dan daha yaxşı oynadıq” – Diniyev

blank
Premyer-liqa2024-05-12 22:09

“Səbail” “Sumqayıt”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-12 21:47

“Qəbələ”də 250-ci oyun

blank
Premyer-liqa2024-05-12 21:26

“Sumqayıt” “Səbail”ə qalib gəldi

blank
Premyer-liqa2024-05-12 20:47

“Oyuna nəzarət edirdik” – Sxadadze

blank
Premyer-liqa2024-05-12 20:01

“Çoxlu səhvlərə yol verdik” – Renduliç

blank
Premyer-liqa2024-05-12 19:48

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Dünya futbolu2024-05-12 19:21

Ertuğrul Sağlam yenidən Ramil Şeydayevin komandasında

blank
Premyer-liqa2024-05-12 18:58

“Qəbələ” “Sabah”a da qalib gəldi

blank
Dünya futbolu2024-05-12 18:00

Şeydayevin komandası baş məşqçisi ilə vidalaşdı

blank
Digər idman növləri2024-05-12 17:27

Qazi parakarateçilər ilk dəfə AÇ-də qızıl və gümüş medallar qazanıblar

blank
Digər idman növləri2024-05-12 16:54

Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazandı

blank
Milli komanda2024-05-12 15:31

Millimiz iki yoldaşlıq görüşü keçirəcək

blank
Digər idman növləri2024-05-12 15:00

Muradlı Avstriyada qalib oldu, Məmmədyarov üçüncü yeri tutdu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm