Ölkə kuboku
Araz Abdullayev: "Meydana çox istəkli çıxmışdım"
“Neftçi”nin futbolçusu Araz Abdullayev uzun …
“Neftçi”nin futbolçusu Araz Abdullayev uzun müddət sonra zədədən dönüb. Futbolinfo.az xəbər verir ki, “Qarabağ”la sentyabrın 26-da keçirilmiş oyunda zədələnmiş yarımmüdafiəçi Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutmuş “Qaradağ Lökbatan”la görüşdə məhsuldar ötürmə ilə yadda qalıb.
Matçın 59-cu dəqiqəsində meydana çıxan Araz bundan 3 dəqiqə sonra Elşən Abdullayevin qol vurması üçün gözəl ötürmə edib. Futbolçu oyundan sonra klub saytına danışıb:
“Neftçi” azarkeşlərini təbrik edirəm. Zədə üzündən çoxdandır oynamırdım. Bugünkü oyunda mənə şans verdiyinə görə baş məşqçiyə minnətdarlığımı bildirirəm. Meydana çox istəkli çıxmışdım. Komandamız hesabda öndə idi, buna görə də daha rahat oynadım. Qarşıdan “Zirə” ilə oyun gəlir. Çalışacağıq ki, bu matçda da maksimum nəticə qazanaq”.