Ölkə futbolu
"Krasnodar" nə vaxt gəlir?
Avropa Liqasının qrup mərhələsinin sonuncu 6-cı turu çər…
Avropa Liqasının qrup mərhələsinin sonuncu 6-cı turu çərçivəsində “Qəbələ” öz meydanında Rusiyanın “Krasnodar” klubunu qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, artıq şimalıların Bakıya gələcəyi vaxt bəlli olub.
Belə ki, “qara buffalo”lar qarşılaşmadan bir gün öncə ayın 9-da, saat 12:30 paytaxtımıza təşrif buyuracaqlar. Oleq Kononovun rəhbərlik etdiyi kollektiv “Hilton” otelində məskunlaşacaq. Klubun mətbuat xidmətinin və tv kanalının əməkdaşları daxil olmaqla komandayla birlikdə 13 jurnalist də Bakıya gələcək.
Qeyd edək ki, sözügedən matç ayın 10-u, saat 22:00-da, “Bakcell Arena”da start götürəcək.