Ölkə futbolu
Vinçiç qolumuzu görməyib
Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərç…
Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Anderlext” görüşünün referiləri azarkeşlərimizə tanışdı. Futbolinfo.az xəbər verir ki, oyunu baş hakim kimi idarə edəcək sloveniyalı Slavko Vinçiç daha əvvəl 3 dəfə təmsilçilərlərmizin görüşünü idarə edib.
36 yaşlı referinin yolu təmsilçilərimizlə ilk dəfə yolu 2013-cü ildə kəsişib. AL-in 2-ci təsnifat mərhələsi çərçivəsində “Xəzər Lənkəran”ın İsraildə “Makkabi”yə 0:2 hesabı ilə uduzduğu görüşü idarə edən Vinçiç “ağ-yaşılların” 1 futbolçusuna sarı vərəqə göstərib.
2010-cu ildən FİFA referisi stastunu daşıyan sloveniyalı elə həmin il qitə çempionatının seçmə mərhələsi çərçivəsində 19 yaşılşalardan ibarət millimizin İrlandiya (0:2), eləcə də Bosniya və Hersoqovinadan (0:0) olan həmyaşıdları ilə görüşündə ədaləti qoruyub. O, sözügedən görüşlərdə komandamızın 7, rəqiblərinin isə 2 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb.