Premyer-liqa
"Xəzər Lənkəran"a istirahət verilmədi
Premyer Liqanın XV turunda doğma meydanda “Qəbələ”yə…
Premyer Liqanın XV turunda doğma meydanda “Qəbələ”yə 0:1 hesabı ilə məğlub olan “Xəzər Lənkəran” istirahətsiz məşq edəcək. Futbolinfo.az xəbər verir ki, "ağ-yaşıllar" bu gün oyunsonrası bərpa məşqini keçəcək.
Qarşıdakı günlərdə də bir günlük istirahəti nəzərdə tutan intensiv hazırlıq planına uyğun məşq edəcək komanda dekabrın 11-də Bakıya yollanacaq. Paytaxtın “New Baku” otelində məskunlaşacaq “Xəzər Lənkəran” bir gün sonra “AZAL Arena”da oyunöncəsi son məşqinə, dekabrın 13-də isə eyni məkanda Premyer Liqanın XVI turu çərçivəsində meydan sahibi olan AZAL-la görüşə çıxacaq.
(12cioyuncu.info)