Premyer-liqa
Nuru Əliyev aradan çıxır
Premyer Liqanın aşkar autsayderi olan “Rəvan”da maliyy?…
Premyer Liqanın aşkar autsayderi olan “Rəvan”da maliyyə problemi bitmək bilmir. Klub rəhbərliyi hətta cüzi olan əmək haqqlarını da verməkdə çətinlik çəkir.
Oktyabr və noyabr aylarının maaşlarını ala bilməyən futbolçu və məşqçi heyəti səbrsizliklə klubun himayədarı Nuru Əliyevin ölkəyə dönüşünü gözləyir. Günü ölkə xaricində keçən Nuru bəy olmadan heç kimə maliyyə ayrılmadığı klubda hər şey bir nəfərin iradəsindən asılı olduğu üçün belə acınacaqlı durum yaranıb.
Əldə etdiyimiz məlumata görə, Əliyev əslində, belə yubanmada özü maraqlıdı. O, çempionatın bu il üçün cəmi bir turunun qaldığını nəzərə alaraq, belə edir. Mövsüm yarılanandan sonra isə AFFA-nın onlara hansı yardımı edəcəyini dəqiqləşdirmək istəyir.
Çempionata qoşularkən “Rəvan” rəhbərliyi AFFA ilə xərclərin yarıbayarı çəkilməsinə razılaşıb. Amma bugünədək qurumdan kluba bir qəpik də ödənilməyib. İndiyədək öz pulunu xərcləyən Nuru bəy isə bu durumdan məmnun deyil. Ona görə də qarşıdakı günlərdə AFFA vəd etdiyi yardımı göstərməsə, “Nurgün Motors” kluba himayədarlıqdan çəkilə bilər.