Dünya futbolu
UEFA-dan "Tvente"yə ağır cəza
Hollandiyanın "Tvente" klubu 3 il müddətində avrokub…
Hollandiyanın "Tvente" klubu 3 il müddətində avrokuboklardan kənar qalacaq. Futbolinfo.az xəbər verir ki, klub sponsoru "Doyen Sports"la arasında olan müqavilə şərtlərinə əməl etmədiyi üçün cəzaya məruz qalıb.
Ötən mövsüm Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın mübarizədən kənarlaşdırdığı "Tevnte"nin 3 illik cəzalanmasını Hollandiya Futbol Federasiyası da təsdiqləyib. Bundan başqa, Enshede təmsilçisi bu qayda pozuntusuna görə 45 min 250 avro məbləğində təzminat da ödəməli olacaq.