Bizi izləyin

Milli komanda

B milli yaradılsın!

İllər keçir milli komandanın şərəfini qoruyan futbol&cced…

blank
İllər keçir milli komandanın şərəfini qoruyan futbolçular yaşa dolur. Nadir hallarda onların yerini doldurmağa yerli futbolçu tapılırsa da, əksər hallarda  bu, mümkün olmur. Əsas problemlərdən biri isə yenilərin yetərincə təcrübəsi olmamasıdı. Bunun üçünsə bəzi zəruri addımlar atılmalıdı. Söhbət 2-ci milli komandanın yaradılmasından gedir… 
Yəqin ki, stajlı futbol azarkeşlərinin yadındadı, SSRİ dövründə məhz, bu cür yığma mövücud idi. Misal kimi İngilətərəyə də boylanmaq olar. Bax, 2-ci komandadan Toni Adams, Pol Qaskoyn, Brayan Robson və s. bu kimi ulduz futbolçular çıxıb. Elə qardaş Türkiyədə Necati Ateşi də göstərə bilərik.
Əgər bizdə də belə bir komanda yaradılsa, bunun xeyrini görərik. Daha Eddi İsrafilovlara, Cihan Özkaralara, Kiyan Sultanpurlara ehtiyac qalmaz, tələm-tələsik şəkildə onlara vətəndaşlıq verilməz. Onların əvəzinə isə vaxtikən, 2-ci yığma komandada təcrübə qazanmış futbolçular yer alar. Ölkə çempionatında çıxış edən komandaların siyahısına baxdıqda, B milli komanda üçün yetərincə futbolçu tapmaq mümkündü. Məsələn, az qala oynadığı hər görüşdə səhvləri ilə yadda qalan Andrey Popoviç kimi birini milliləşdirməkdənsə, “Sumqayıt”ın gənc qapıçısı Tərlan Əhmədliyə şans vermək olar. Düzdü, o da zaman-zaman xətaları ilə yadda qalır, amma gənc əlcək sahibinin matçlarda çox istəkli olmasını sezmək çətin deyil. Sadəcə, müəyyən zamana və təcrübəyə ehtiyacı olan Əhmədli kimilərinə belə komandalarda şans vermək olar. Bundan başqa, “Ayntraxt”a məxsus Emil Balayevi də sınamağa dəyər. 
Məlumdu ki, Azərbaycan millisinin hazırda ən çox problemli yeri hücum xəttidi. Vaxtilə yığmanın əsas simalarından sayılan Vaqif Cavadov, Vüqar Nadirov kimi ön xətt oyunçuları klublarında 18-liyə düşməkdə çətinlik çəkir və ya düşə bilmir. Rauf Əliyev isə ümumiyyətlə, mövsümü bağlayıb. Belə olan halda, Fəhmin Muradbəyli, Amil Yunanov, Ruslan Nəsirli, Elnur Cəfərov və ya Nicat Qurbanov kimi hücumçular hazırda ölkə çempionatında “at oynadırlar”. Təbii ki, bu futbolçuların birdən-birə əsas millimizə cəlb olunması da nə onlara, nə də komandaya  xeyir verə bilməz. Bunun üçünsə yuxarıda qeyd etdiyimiz kimi 2-ci yığma komandanın yaradılması zəruridi. Artq futbolçular əsas milliyə dəvət olunanda müəyyən qədər təcrübə toplamış olacaqlar.
Məlumdu ki, Rəşad Sadıqov bu gün-sabah milli karyerasını başa vuracaq. Artıq onun mövqeyində kimsə çıxış etməlidi. Müdafiə xətti isə elə bir yerdi ki, oranı hər futbolçuya etibar etmək mümkün deyil. Arxa xətt oyunçusunun ani bir səhvi, diqqətsizliyi rəqibi qapıçı ilə təkbətək qoyacaq. Belə olan halda həmin mövqedə artıq 2-ci yığmada “bişmiş” futbolçu daha çox xeyir verə bilər, nəinki təcrübəsiz və ya milliləşmiş birisi. 
Ümumiyyətlə, belə bir komandada Vüqar Mustafayev, Abbas Hüseynov, Fuad Bayramov, Ürfan Abbasov, Rəhman Hacıyev, Elşən Abdullayev, Nicat Muxtarov, Bəxtiyar Həsənalızadə, Elvin Camalov, Təmkin Xəlilzadə və s. bu kimi futbolçuları cəlb etmək, onlara şans vermək lazımdı. 
2-ci milli komandaya təkcə gənc, perspektivli futbolçular yox, elə bəzi təcrübəliləri də dəvət etmək olar. Hansı ki, yığmaya az-az və ya heç çağırılmasalar belə, dəvət olunacaqları təqdirdə xeyir verə bilərlər. Bu cür futbolçulara misal olaraq, 34 yaşlı Rəşad Abdullayev və 28 yaşlı İlqar Qurbanovun adını çəkmək olar. Hər iki futbolçu hazırda klublarında stabil çıxış edir, meydanda sərgilədikləri futbolla göz oxşayırlar. 
Bu komandaya da əsas milli kimi pəncərə açılmalıdı. İl ərzində müxtəlif yoldaşlıq görüşlərində iştirak etməklə, həm oyun praktikası qazanarlar, həm də əsas yığmanın baş məşqçisi Robert Prosineçki onları iş başında görər. Məsələn, milli komanda hansısa səfərə yola düşəndə B komandamız da həmin ölkənin hər hansı bir klubu ilə və ya müxtəlif yaş qrupuna məxsus yığmaları ilə qüvvəsini sınaya bilər. Hətta bir az da irəli gedib başqa bir ölkənin də əsas millisi ilə matç təşkil etmək olar. 
İkinci yığma komandanın yaradılması ilə ölkə futbolu bir çox dividendlər əldə edəcək. Doğrudu, bunun üçün müəyyən vəsait ayrılmalı, məşqçi korpusu yaradılmalıdı. Ancaq ölkə futboluna xərclənən pullar o qədər havaya sovrulub ki, 2-ci yığmaya ayrılan vəsait bunun 10 faizini də etməz. Əvəzində isə həqiqətən inqilabi irəliləyişə nail olmaq mümkündü. 
Biz ötürməni etdik, bunu reallaşdırmaq isə AFFA rəhbərliyinin boynuna. Hər halda Elxan Məmmədovun baş katibi olduğu bir qurumda innovasiyaya meyllilik gözləniləndi. Etməsələr, deməli, elə Eddilərin azərbaycanlılaşdırılmasında maraqlıdılar.
ELMAR ABDULLA-ZADƏ
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-12 18:00

Şeydayevin komandası baş məşqçisi ilə vidalaşdı

blank
Digər idman növləri2024-05-12 17:27

Qazi parakarateçilər ilk dəfə AÇ-də qızıl və gümüş medallar qazanıblar

blank
Premyer-liqa2024-05-12 17:03

“Qəbələ” “Sabah”a qarşı – YENİLƏNİR

blank
Digər idman növləri2024-05-12 16:54

Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazandı

blank
Milli komanda2024-05-12 15:31

Millimiz iki yoldaşlıq görüşü keçirəcək

blank
Digər idman növləri2024-05-12 15:00

Muradlı Avstriyada qalib oldu, Məmmədyarov üçüncü yeri tutdu

blank
Dünya futbolu2024-05-12 14:33

“Real” rekordunu təkrarladı

blank
Dünya futbolu2024-05-12 14:00

Səudiyyə Ərəbistanında çempion bəlli oldu

blank
Dünya futbolu2024-05-12 13:28

Messinin 11 oyunluq seriyası başa çatdı

blank
Digər idman növləri2024-05-12 13:00

Təbriz klubundan növbəti qələbə

blank
Dünya futbolu2024-05-12 12:44

Hüseynovlu “Arda”dan əzmkar qələbə

blank
Digər idman növləri2024-05-12 12:26

IWF prezidenti Azərbaycanda ağırlıqqaldırmanın infrastrukturu ilə tanış olacaq

blank
Digər idman növləri2024-05-12 12:00

“Ümid edirəm finalda yaxşı oyun sərgiləyəcəyik”

blank
Digər idman növləri2024-05-12 11:29

Azərbaycanın daha dörd cüdoçusu “Böyük Dəbilqə”də mübarizəyə başlayır

blank
Digər idman növləri2024-05-12 11:00

Qadın güləşi tarixində ilk: “Allaha şükür edirəm”

blank
Ölkə futbolu2024-05-12 10:36

Mahir Xorvatiya çempionu oldu

blank
Digər idman növləri2024-05-12 09:29

Azərbaycan yığmasından Burqasda qızıl medal

blank
Premyer-liqa2024-05-12 09:00

“Qəbələ” “Sabah”a, “Sumqayıt” “Səbail”ə qarşı

blank
Ölkə futbolu2024-05-12 08:45

Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var

blank
Digər idman növləri2024-05-12 08:22

Bakıdakı Dünya kuboku rekordla başa çatdı

blank
Ölkə futbolu2024-05-12 08:00

Cəlilov – Ağayev duetinin “Zirə əməliyyatı”

blank
Dünya futbolu2024-05-12 02:23

“Real”dan darmadağın

blank
Dünya futbolu2024-05-12 02:00

“Napoli” uduzdu, “Milan” darmadağına sevindi

blank
Dünya futbolu2024-05-12 01:41

“Borussiya” darmadağına üzüldü

blank
Dünya futbolu2024-05-12 01:21

“Mançester Siti” və “Çelsi” səfərdə, “Tottenhem” evdə qələbə qazandı

blank
Dünya futbolu2024-05-12 01:00

Şeydayevlə İsgəndərlinin komandası pley-offda

blank
Premyer-liqa2024-05-12 00:45

“Qəbələ” ilə “Sabah”ın 27-ci dueli

blank
Dünya futbolu2024-05-12 00:31

Həsənalızadənin komandası 1-ci Liqaya vida etdi

blank
Ölkə futbolu2024-05-12 00:15

“Qəbələ”də bir itki

blank
Digər idman növləri2024-05-11 23:59

Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm