Ölkə futbolu
Müdafiəçimiz "fərqləndi", komandası 1 xal qazandı
Ötən gün Türkiyə PTT 1-ci Liqasında 16-cı turun oyu…
Ötən gün Türkiyə PTT 1-ci Liqasında 16-cı turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ufuq Budakın şərəfini qoruduğu "Qaziantep BB" də növbəti oyununa çıxıb.
Adıçəkilən komanda səfərdə "Giresunspor"la üz-üzə gəlib. Görüş 0:0 hesablı bərabərliklə başa çatıb. Start heyətdə meydana çıxan Budak isə matçın 59-cu dəqiqəsində sarı vərəqə almaqla "fərqlənib".
Qeyd edək ki, "Qaziantep BB" 23 xalla 8-ci pillədə qərar tutub.