Bizi izləyin

Premyer-liqa

Antifutbolla "qol yağışı" və ya səriştəsizliyi ört-basdır etmə cəhdi  

“Sumqayıt”la “Rəvan” rəsmən “qış y…

blank
“Sumqayıt”la “Rəvan” rəsmən “qış yuxusu”na yollandılar. Fərqli əhval-ruhiyyədə, fərqli hisslərlə. Hərəyə 3 qol vurub, getdilər “yatmağa”. Yenə də Amil Yunanov yerli azarkeşləri ayağa qaldırmağı bacardı. Gənc vunderkind ilk 34 dəqiqədə dubla imza atmaqla, komandası üçün faydalı olduğunu növbəti dəfə isbatladı. Amma onun qolları arasında bakılılar da fərqlənməyə macal tapmışdı. “Rəvan”ın Şerif(f)i – Suma dəqiq baş zərbəsindən sonra komandasını ümidləndirmişdi.
Meydan sahiblərinin 2-ci qolu isə doğrudan da futbol dərsliklərinə daxil edilə bilər. Bir neçə sürətli qısa ötürmə və Çertoqanovdan Amilin şığıdığı istiqamətdə, müdafiəçilərin arxasına kəskin ötürmə. Qol da ki, öz yerində! 
İndi Yunanovla bağlı bir qeydimizi də diqqətinizə çatdıraq. Ölkə futbolunda parlayan gənclər çox olub. Sonradan ənənəvi “ulduz xəstəliyi” və bir neçə ildən sonra sönüblər. Otuz-otuz iki yaşa çatdıqdan sonra isə dizlərinə döyüblər: “niyə belə etdim axı”? Biz də üzümüzü “Sumqayıt” rəhbərliyinə tutub deyirik, bu gənci “xəstələnməyə” qoymayın. Nəinki özüylə, hətta ağsaqqalları ilə danışın, izah edin ki, ona diqqət yetirsinlər. Ki, əsl futbolçu olmaq üçün çalışsın. Bu gün ənənəvi “bu uşaq onların tayı deyil” ifadəsi eşidə bilərik. Amma unutmayaq ki, bu cür halları dəfələrlə görmüşük. Qoruyun o uşağı!
Fasiləyədək azarkeşlər 4 qolun şahidi oldular. Əlbəttə, futbolun bəzəyi qoldu. Amma bu oyun istisna təşkil edirdi. Qol “yağışdan sonra göbələk kimi bitsə də”, sərgilənən futbol ürəkaçan deyildi. Səbəb də üzdədi. Hər iki komandanın oyunçu potensialı hücum futbolu nümayiş etdirməyə imkan vermir. Elə bunun nəticəsidi ki, məzmunlu hücumların ümumi sayı, vurulan qollardan az idi.
İkinci hissədə oyunun ssenarisi dəyişdi. “Sumqayıt” “1-ci skripka” rolunu üzərinə götürməyi qərara aldı. Bax, bu da Samir Abasovu “suq-svanq” vəziyyətinə saldı. İrəlidə əlahiddə heç nə edə bilməyən meydan sahibləri, müdafiədə boşluqlar yaratmağa başladı. Epizodların birində Emin Mehdiyev cərimə meydançasında topa əllə müdaxilə etdi və idarə etdiyi oyunlar arsında ən uğurlusu hesab edilməyəcəyi matçın baş hakimi Orxan Məmmədov haqlı olaraq, “nöqtə”ni göstərdi. Nəzərə alsaq ki, yarımmüdafiəçinin passivində artıq bir sarı vərəqə var idi, referi, onsuz da cəzalandırdığı komandaya bundan da artığını etməyə bilərdi. Amma o, şübhəli qərarla, faktiki olaraq, “Rəvan”a eksklüziv fora təşkil etdi: Emin ikinci rəsmi xəbərdarlığını alaraq, meydandan qovuldu. Qonaqların kapitanı Ramazan Abbasovun zərbəsinin istiqamətini Şahruddin Məhəmmədəliyev doğru müəyyənləşdirsə də, komandasını xilas edə bilmədi – 2:3. 
Meydan sahiblərinin ixtiyarında 15 dəqiqə qalırdı. Amma azlıqda oyunu xilas etmək olduqca müşkül məsələdi. Daha dəqiq olsaq, “Rəvan” düzgün taktika qursaydı, qış fasiləsi öncəsi son turu qələbəylə başa vura bilərdi. Say çoxluğuna sahib olan komanda sadəcə, rəqibinə qarşı aqressiv oyun nümayiş etdirib, pressinq sayəsində hücum barədə düşünməyə imkan verməməklə istəyinə çata bilərdi. Amma Bəhmən Həsnovun komandası əsl Azərbaycan futboluna xas strategiyaya əl atdı: “ay ana, öldüm”! Külək möhkəm əsəndə də yerə sərilən qonaq komandanın oyunçuları futbol adına yaraşmayan hərəkətlər hesabına qələbəni qorumağı qərara almışdı. Amma “Futbol İlahəsi” onların bu cür çirkin qərarını son saniyələrdə cəzalandırdı – 3:3. 
Hesab oyuna görə oldu. Lakin hakimin qarşılaşmaya 3 dəqiqə əlavə etməsinə rəğmən, əsas vaxt sona çatdıqdan sonra 5 dəqiqə oynatması, qonaqları əməlli-başlı hiddətləndirmişdi. Əslində çoxsaylı epizodlarda “Rəvan” futbolçularının yerə sərilməsi, oyun ərzində edilən əvəzetmələr referinin görüşə 4, hətta 5 dəqiqə əlavə etməsini şərtləndirirdi. Üstəlik əlavə olunan 3 dəqiqə kəsiyində “Rəvan”da dəyişiklik də baş verdi ki, buna görə də oyun uzadılmalı idi. Daha sonra cərimə zərbəsi ətrafında mübahisələr, sonra ardıcıl künc zərbələri və nəhayət, qol. 
Bu qol autsayder komandanın baş məşqçisini özündən çıxarmışdı. Ad çəkməkdən qorxsa da, dolayısı ilə komandasına qarşı kampaniya aparıldığını söylədi. Ancaq etiraf etmədi ki, uğursuz sonluğun günahkarı elə özüdü. Etiraf etmədi ki, yetirmələri say üstünlüyünə sahib olduqdan sonra qorxaq taktika seçmişdi. Boynuna almadı ki, məhz onun səhvi komandasını 2 xaldan məıhrum etdi. Hər halda “Rəvan” rəhbərliyi çətin ki, futbolu baş məşqçilərindən daha dərin bilə. Deməli, onlar da eyni “havaya oynayacaqlar”.
“Sumqayıt”a gəlincə, bu komandada vəziyyət fərqlidi. Abasov xoş təsir bağışlayan komanda qurmağı bacarıb. Amma bu “maşın” ancaq əks-hücumlara hesablanıb. Eyni zamanda, “gənclik şəhəri” təmsilçisinin daha bir problemi də qalır. Söhbət oyuna köklənməkdən gedir. Adlı-sanlı rəqiblərinə qarşı cani-dildən vuruşan “Sumqayıt” bərabərsəviyyəli komandalarla oyunda eyni istəyi nümayiş etdirmir. 
Və sonda. Qarşılaşma başa çatdıqdan sonra “Rəvan”ın qapıçısı Konstantin Maxnovski dəhlizdə hakimlər briqadasının qarasına rus dilində xoşagəlməz ifadələr işlətdiyi vaxt, meydan sahiblərinin yarımmüdafiəçisi Aleksandr Çertoqanovla münaqişə yaşanıb. Ancaq hər iki tərəfin məşqçilərinin müdaxiləsindən sonra mübahisəni səngitmək mümkün olub.
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-14 10:35

“Milan”dan ayrılacağını təsdiqlədi

blank
Ölkə futbolu2024-05-14 10:17

Bu gün mövsümün qalibləri bəlli olacaq

blank
Digər2024-05-14 10:00

MİSLİ ilə qazan!

blank
Dünya futbolu2024-05-14 09:45

Mbappe: “PSJ-dən başıuca ayrılıram”

blank
Premyer-liqa2024-05-14 09:28

Premyer Liqanın 35-ci turu rəqəmlərin gözü ilə

blank
Layihə2024-05-14 09:10

İdman telejurnalistikası: müasir tələblər və problemlər

blank
Digər idman növləri2024-05-14 08:51

“Qızıl Avropa Liqasında yaxşı oynayıb, uğurlu nəticə qazanmaq istəyirik”

blank
Digər2024-05-14 08:34

MOK-da Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüş olub

blank
Dünya futbolu2024-05-14 08:17

Kanadalılar da Kuntsu istəmədi

blank
Ölkə futbolu2024-05-14 08:00

İcraiyyə Komitəsinin gözlənilən qərarları

blank
Dünya futbolu2024-05-14 01:19

“Barselona”dan inamlı qələbə

blank
Dünya futbolu2024-05-14 01:08

“Liverpul” 3 qol vurdu, 1 xalla kifayətləndi

blank
Dünya futbolu2024-05-14 00:50

“Fiorentina”dan çətin qələbə

blank
Ölkə futbolu2024-05-13 23:47

AFFA legioner limitinin nə vaxt dəyişəyəcəyini açıqladı

blank
Dünya futbolu2024-05-13 23:25

Aziz Yıldırım “Fənərbaxça”da prezidentliyə namizəd oldu

blank
Dünya futbolu2024-05-13 22:34

Avrokuboklarda final oyunlarını idarə edəcək hakimlər açıqlandı

blank
Dünya futbolu2024-05-13 21:37

Türkiyə kubokunda final matçının stadionu açıqlandı

blank
Dünya futbolu2024-05-13 21:27

“Nyukasl” kimi qurban verəcək?

blank
Digər idman növləri2024-05-13 21:00

Gənc boksçular Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər

blank
Digər idman növləri2024-05-13 20:40

Baş nazir Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb

blank
Əvəzedicilər2024-05-13 20:30

“Qarabağ-2” səfərdə qalib gəldi

blank
Ölkə futbolu2024-05-13 20:17

Qurban Qurbanov: “Düşündüyümüz məsələlərin hamısını birdən icra etmək mümkün deyil”

blank
Ölkə futbolu2024-05-13 20:14

Adıgözəlov İK-nın iclasında qəbul olunan qərarlardan danışdı

blank
Dünya futbolu2024-05-13 20:00

Premyer Liqa klubundan baş məşqçisi ilə yeni müqavilə

blank
Digər idman növləri2024-05-13 19:45

Mariya Stadnikin atası vəfat edib

blank
Ölkə futbolu2024-05-13 19:32

Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”

blank
Digər idman növləri2024-05-13 19:15

“Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirinin açılış mərasimi keçirilib

blank
Dünya futbolu2024-05-13 19:01

“Real” veteranları arasında seçim edir

blank
Dünya futbolu2024-05-13 18:44

“Mançester Yunayted”dən antirekord

blank
Digər idman növləri2024-05-13 18:30

IWF prezidenti Bakıda ağırlıqqaldırma infrastrukturu ilə tanış olub

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm