Premyer-liqa
Mənsimov və Nadirov üçün özəl pankart: "İstefa!"
Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində ke&…
Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində keçirilən "İnter" – "Xəzər Lənkəran" qarşılaşmasında qonaq komandanın fanatları rəhbərlikdən narazılıqlarını pankartla nümayiş etdiriblər. Futbolinfo.az xəbər verir ki, kluba uzun illərdi ayrılan vəsaiti mənimsəyən, müqaviləyə riayət etmədiklərinə görə mütamadi olaraq, UEFA tərəfindən cəzalandırılan Cənub təmsilçisinin prezidenti Mais Mənsimov və vitse-prezident Tuyqun Nadirov "qazandıqları nüfuz"un qarşılığını layiqincə alıblar.
Lənkəranlı futbolsevərlər "Xəzər" üçün canını meydanda qoyan oyunçuların haqqını yeyən rəhbərlik, İSTEFA!" pankartını açmaqla, Mənsimova və Nadirova olan nifrətlərini nümayiş etdiriblər.
Qeyd edək ki, hazırda görüşdə 67-ci dəqiqə gedir və "bankirlər" 2:0 hesabı ilə öndədilər.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var