Ölkə futbolu
Rafael Santosla yeni müqavilə
“Qəbələ” braziliyalı futbolçusu Rafael Santosla…
“Qəbələ” braziliyalı futbolçusu Rafael Santosla da müqavilənin müddətini artırıb. Futbolinfo.az xəbər verir ki, yeni anlaşma ilyarım müddətinə nəzərdə tutulub. Müqaviləsi bu ilin sonunda başa çatan 31 yaşlı müdafiəçi 2017-ci ilin yayına qədər “qırmızı-qara” forma geyinəcək.
2014-cü ilin yanvarından “Qəbələ”nin şərəfini qoruyan cənubi amerikalı indiyədək 69 oyunda meydana çıxıb. Bu matçların 51-i Premyer Liqa, 12-si Avropa Liqası, 6-sı Azərbaycan kuboku çərçivəsində baş tutub. Santos “Qəbələ”nin tarixində ən çox oyun keçirən 11-ci futbolçudur.
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Milli komanda2024-05-12 15:31
Millimiz iki yoldaşlıq görüşü keçirəcək